"Qənirə Masazırdakı evində huşunu itirmişdi

"Qənirə xanımın ölümünün müəmmalı olması ilə bağlı söylənilən fikirlərin hamısı əfsanədir. Qənirə xanım 3 yığıncaqdan sonra Masazırda yaşadığı evə gedib. Yeməyən, içməyən adam... Orada huşunu itirib. Evi qəsəbənin çox ucqar yerindəydi, gölün yanında. Təcili Tibbi Yardım çox gec gəlib".
azxeber.com xəbər verir ki, bunu Modern.az-a müsahibəsində mərhum millət vəkili Qənirə Paşayevanın əmisi, professor Qəzənfər Paşayev deyib.
"Vaxtında iş görülmədiyi üçün belə oldu. Bundan başqa söylənilənlər əfsanədir. O boyda şəxsiyyət, xalq üçün çalışan insan üçün bunları demək ədalətsizlikdir", - deyə Q. Paşayev bildirib.
O, Q. Paşayevanın qəbirüstü abidəsindən də danışıb: "Abidənin necə olması ailəsinin xahişi ilə olub. Sinə daşına vurulan foto da ailəsinin xahişi ilədir. Proyekti də qardaşları xahiş edib, onun üzərində işləyiblər. Ona görə də sinə daşı gecikdi də. Bu cür söz deyənlər niyə belə edir, anlamıram. İnsafları yoxdur. Bəzən insafsızlıq edirlər. Dünyasını dəyişmiş adamın ruhunu incitmək olmaz.
Mən istərdim ki, sinə daşında "professor və millət vəkili" sözləri yazılsın. Qənirə xanımın böyük qardaşı Hüseynlə bu məsələni danışdım, sinə daşını niyə sadə hazırlandığını soruşdum. Dedi ki, "onsuz da hamı Qənirə xanımın kim olduğunu tanıyır, bilir. Bunların hamısı özümüzün işidir, belə istəmişik". Görün indi nələr yazır, nələr danışırlar".
Qeyd edək ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayeva 5 gün sonra xəstəxanada vəfat etmişdi.

Sosial       Tarix: 02 fevral 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi apa.az xeberler valyuta mezenesi zelzele