"Qərb Ermənistanın qarşısında şərtlər qoyub" - Kiviryan

"Qərb uzun müddətdir ki, Ermənistanın qarşısında bir sıra şərtlər qoyub. Ermənistanın indiki hakimiyyəti bu şərtləri yerinə yetirir və KTMT ətrafında mövcud vəziyyət də bu məntiqə uyğundur".
KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Argişti Kiviryan deyib.
Onun sözlərinə görə, Qərb Rusiyanı regiondan çıxarmağa və İranın bura daxil olmasına imkan verməməyə çalışır.
"KTMT missiyası baş tutsa, Ermənistana heç bir ziyan dəyməyəcək. Üstəlik, bu, Aİ müşahidəçilərinin mövcudluğunu balanslaşdıracaq. Ermənistan hakimiyyəti bildirir ki, İrəvanın KTMT-dən çıxması məsələsi gündəmdə deyil, lakin bu o demək deyil ki, belə bir vəziyyət nə vaxtsa yaranmayacaq. Hər şey regionda və dünyada baş verən proseslərdən asılı olacaq. Əgər Rusiya zəifləsə, o zaman İrəvan KTMT-ni və Moskva ilə əlaqəli digər təşkilatları tərk edə bilər", –  deyə Kiviryan bildirib.
O qeyd edib ki, eyni zamanda heç kim Ermənistana alternativ təhlükəsizlik təminatı təklif etmir.
"Ermənistan hakimiyyəti də bunu başa düşür, sadəcə olaraq, onların vecinə deyil, çünki onlar yalnız öz planlarını həyata keçirməyə çalışırlar. Nə NATO, nə də ABŞ Ermənistana təhlükəsizlik təminatının verilməsi məsələsini öz gündəliyinə daxil etməyib. Azərbaycan  Qərb üçün erməni xalqının maraqlarından daha əhəmiyyətlidir", – deyə Kiviryan qeyd edib.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 21 noyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az son.xabar cəbhədən xəbərlər xeberler bu gun