"Qərbi Azərbaycana Qayıdış Konsepsiyası" layihəsi HAZIRLANIB

Ötən ilin sonunda Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan soydaşlarımızla görüşündə əsas diqqət Ermənistandan qovulan vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıtması məsələsinə yönəlmişdi. Görüşdə dövlətimizin başçısı soydaşlarımızın doğma yurd-yuvalarına qayıtmaları üçün Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasının vacibliyini vurğuladı. Artıq mütəxəssislər konsepsiya layihəsinin hazırlanması istiqamətində işlərə başlayıblar. İlk konsepsiya layihəsi hüquqşünas, Almaniyanın Frankfurt Universitetində elmi araşdırmalar həyata keçirmiş, Böyük Türk Qurultayının çağrılması üzrə Beynəlxalq Çağrı Komisiyasının sədri İbrahimxəlil Balayoğullarından gəldi. Layihə müəllifinə görə, konsepsiya hazırlanarkən üç məqama xüsusi diqqət yetirilməidir.
Birincisi: dünyanı idarə edən güclərin bölgəylə, ölkəmizlə bağlı rəsmən heç zaman səsləndirmədikləri yanaşmaları;
İkincisi: onların bu yanaşmalarının bölgəmizə həm geosiyasi baxımdan, həm də güclərin konfiqurasiyası baxımından təsiri;
Üçüncüsü: onların bu yanaşmalarının milli maraqlarımız qarşısında yaratdığı səddi aşmaq yolları.
Qeyd edək ki, İ.Balayoğullarının hazırladığı layihə də məhz bu məqamlar nəzərə alınmaqa hazırlanıb. Konsepsiya layihəsini təqdim edirik:
"QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ KONSEPSİYASI" LAYİHƏSİ
2022-ci ilin dekabrın 24-də soydaşlarımızın öz dədə-baba yurdundan zorla köçürülməsi haqqında insanlığa zidd, türkə qənim olan sovet rejiminin qəbul etdiyi qərarın 75-ci ildönümü günü, Azərbaycan Prezidentinin Qərbi Azərbaycan təmsilçilərilə görüşü, bu görüşdən istifadə edərək verdiyi mesajlar Azərbaycan siyasi rəhbərliyinin bu yöndə təməlatma mərasimi adlandırıla bilər. Bir TÜRK kimi bunu təqdir etmək, bu çağırışa qoşulmaq bizim vətəndaşlıq borcumuzdur. Dövlət başçımız Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasının vacibliyini vurğuladı, mən də qollarımı çırmalayıb, şəxsi arxivimi araşdırıb, əlyazmalarım üzərində yenidən işləyib, onları təkmilləşdirərək bu barədə düşüncələrimi çatdırmaq qərarına gəldim. Bunun üçün vaxtı ilə dərc olunan "Rezonans" qəzetinin 1999-cu il 31 mart – 2 aprel tarixli 24 (194) saylı nömrəsində yayınlanmış «Zəngəzur, Göycə bizim ola bilər!» başlıqlı yazımda bu mövzuyla bağlı verdiyim təkliflər Qərbi Azərbaycanla bağlı düşündüyüm Konsepsiyanın əsasını təşkil edə bilər.
Bölgəmizdə hayların sözdə hökmranlıq etdiyi psevdodövlətin sadəcə onların gücü sayəsində və istəyilə yarandığı yalanıyla bu gün heç kəsi aldatmaq olmaz. Bu, ilk növbədə TÜRKə qənim kəsilən, özlərini dünyanın ağası hesab edən güclərin qurduğu iblis oyunlarının nəticəsidir. Və deməli, biz ən azından onlar qədər güc əldə edənə qədər «erməniyə dayı deməyi» qəbul etməli, onillikləri əhatə edən strategiyanı hazırlamalı, bu şahmatda 5 deyil, 10 deyil, lap 50 gedişi öncədən düşünməliyik. Üstəlik də geosiyasi konyukturanın lehimizə işlədiyini diqqətə alsaq, belə hazırlığı etməməyimiz, bəlirlədiyimiz strategiyanı addım-addım həyata keçirməməyimiz böyük yanlış olardı.
Konsepsiya hazırlanarkən diqqətə almalı olduğumuz aşağıdakı məqamlar var:
1. Dünyanı idarə edən güclərin bölgəylə, ölkəmizlə bağlı rəsmən heç zaman səsləndirmədikləri yanaşmaları;
2. Onların bu yanaşmalarının bölgəmizə həm geosiyasi baxımdan, həm də güclərin konfiqurasiyası baxımından təsiri;
3. Onların bu yanaşmalarının milli maraqlarımız qarşısında yaratdığı səddi aşmaq yolları;
Görəcəyimiz bütün tədbirlər hüququn bütün incəliklərinə söykənməli, mütləq legitimlik təmin olunmalıdır. Bunun üçün aşağıdakı kimi davranılmalıdır:
1. Qərbi Azərbaycanla bağlı bütün qərarlar əslən Qərbi Azərbaycandan olan soydaşlarımız tərəfindən – dünyanın ən demokratik qanunlarına söykənən seçki qanunu əsasında, təmin edilməli olan mümkün qədər geniş beynəlxalq müşahidəçilərin nəzarəti altında seçilmiş QurucularToplantısı tərəfindən verilə bilər;
2. Qurucular Toplantısını çağırmaq üçün və bundan öncə Azərbaycanda və mümkün olduğu qədər dünyanın fərqli ölkələrində yaşayan əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın tam siyahısı tutulmalı və bu Toplantıya seçkilər elan olunmalıdır;
3. Qurucular Toplantısının vəkilləri seçildikdən sonra, mümkün olduğu ölçüdə Azərbaycandan və TÜRK dövlətləri sərhədlərindən kənarda, ən yaxşısı Avorpanın hamıtərəfindən demokratik qəbul edilən, dünya siyasətində çəkisi olan dövlətlərindən birinin (İsveçrə ən orijinalı olardı, olmazsa, İngiltərə, Fransa, Almaniya üzərində düşünülə bilər), ya da ABŞ və ya Kanada ərazisində onun ilk toplantısının keçirilməsi təmin edilməlidir;
4. İlk toplantıda, Qurucular Toplantısı vəkillərinin səlahiyyətləri təsdiq olunduqdan, onun orqanları müəyyən edildikdən sonra Ermənistan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə vurğu etməklə, Ermənistan Respublikası tərkibində İrəvan Muxtar Respublikası elan olunmalı, elə həmin qərarda onun Ermənistan Republikası ərazisi çərçivəsində və soydaşlarımızın kompakt yaşadıqları ərazilər diqqətə alınmaqla, sərhədləri müəyyən edilməli, əhalisinin dünyada heç kimin şübhəylə yanaşa bilməyəcəyi, rəsmi təsdiqi olan sayı göstərilməli, yekun məqsədin ayrı-ayrı səbəblər üzündən (qərar mətnində kəskin hüquqi terminlərdən çəkinməkdə yarar var) öz ata-baba ocağından didərgin salınmış insanların öz yurduna qayıtması və hal-hazırda həmin ərazidə yaşayan, millətindən, dini baxışlarından, irqindən və b. asılı olmayaraq, Ermənistan Respublikasının Qurucular Toplantısının bu və Muxtar Respublikanın QT tərəfindən qurulacaq və onu əvəz edəcək başqa qanunverici, icraedici hakimiyyət orqanları tərəfindən irəlidə qəbul edilcək bütün normaları diqqətə alınmaqla, beynəlxalq normalar və Ermənistan Respublikasının yuxarıda söylədiklərimizi nəzərə alan qanunları çərçivəsində hər kəslə dinc yaşamaq öhdəliyi və istəyi bütün dünyaya elan olunmalı, həmin qərarın dünya ölkələrinin səlahiyyətli orqanlarına, beynəlxalq qurumlara, KİV-lərə çatdırılması təmin olunmalı, dünya gündəminə çıxardılması və orada qalmasına dəstək olunmalıdır;
5. İkinci qərarla Ermənistan Respublikası tərkibində İrəvan Muxtar Respublikasının Mühacirətdə olan Hökumətinin yaradılması, onun başçısı və tərkibi, mərkəzi qərargahının yerləşdiyi yer, ayrı-ayrı ölkələrdə, səlahiyyətləri həmin ölkə rəsmilərilə müəyyənləşdirilməli olan, təmsilçiliklərinin yaradılması elan olunmalıdır;
6. Əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın Ermənistan Respublikasının və de-fakto isə ikili vətəndaşlıqları (həm də yaşadıqları ölkənin ola bilər) olduğu elan edilməli, dünyanın bu istiqamətdəki demokratik qanunları (İngiltərə, İsrail, Almaniya, Polşa, Macarıstan və b.bu sahədəki qanunvericiliyi örnək alına bilər) əsas götürülərək, Avropa insan haqları müdafiə qurumlarının verdiyi imkanlardan istifadə edərək bu de-faktonun de-yureyə keçirilməsi üçün hərəkətə keçiləcəyi bəyan olunmalı və bu beynəlxalq qurumlarda Mühacirət Hökumətinin bu səpgidəki çalışmalarına bütün imkan və vasitələrlə dəstək göstərilməlidir;
7. Üçüncü qərarla İrəvan Muxtar Respublikasıınıneyni zamandaErmənistan Respublikası vətəndaşları olan soydaşlarımızın böyük çoxluğunun Azərbaycan Respublikasına köçürüldüyü və sığındığını nəzərə alaraq, Azərbaycan Respublikasının ali qanunverici və icraedici orqanlarına ölkəmizdə yaşayan bu soydaşlarımızdan toplanan vergilərin 1-2 faizi civarında olan hissəsinin İrəvan Muxtar Respublikasının büdcəsinin formalaşmasına yardımçı olmaq üçün onun büdcəsinə keçirilməsi barədə müraciət edilməlidir; eyni istiqamətdəki çalışmaları başqa TÜRK respublikalarında da həyata keçirməyə cəhd göstərmək olar;
8. Dördüncü qərarla Qurucular Toplantısının elə həmin birinci iclasında o, özünü İrəvan Muxtar Respublikasının ali qanunverici orqanı (parlamenti) – El Qurultayı elan etməli və özünün Qurucular Toplantısı kimi bütün səlahiyyətlərini bu parlamentə verməlidir;
9. Beşinci qərarla İrəvan Muxtar Respublikasınıın gərəkli bilinən orqanları (ilk öncə Xarici işlər və buna bənzər başqaları, hətta müdafiə məqsədli, özəl xarakterli, daxili işlər kimi orqanlar da ola bilər) yaradılmalıdır;
10. Ermənistan Respublikası tərkibində İrəvan Muxtar Respublikası, yuxarıda adları çəkilən yeni qurumları və onun qərarları, Azərbaycan Respublikası tərəfindən tanınmalı, eyni qərarların başqa dünya ölkələri, ən azından TÜRK dövlətləri tərəfindən tanınması,beynəlxalq qurumlarda onun səsinin eşitdirilməsi yönündə İrəvan Muxtar Respublikasının səlahiyyətli orqanlarının çalışmalarına Azərbaycan Respublikasının nüfuzundan istifadə olunmaqla dəstək olunmalıdır.
11. Azərbaycan Respublikasının özəl təhlükəsizlik qurumlarının tərkibində, habelə Xarici işlər nazirliyində Qərbi Azərbaycan layihəsiylə bağlı idarə, bundan başqa Disporla iş üzrə Dövlət Komitəsi tərkibində Komitə sədri yardımçısı statusunda təmsil olunacaq idarə yaradılmalıdır.
Bütün yuxarıda qeyd olunanlar, bitmiş bir Konsepsiya kimi, əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın irəlidə öz dədə-baba yurdlarına dönməsi üçün hüquqi və faktiki baza kimi çıxış edə, gələcəkdə o əzəli torpaqlarımıza tam sahibliyimizin bərpa olunmasına zəmin yarada bilər.
Türkün dünyadakı yerinin bərpa olunması və Türk dünyasının birləşməsi istiqamətində məhək daşı sayıla biləcək Qərbi Azərbaycana Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin başçılığı ilə qayıdış çalışmalarımız xeyirli olsun!
Haqq soydaşlarımızın tərəfində, bu haqqın bərpa edilməsi isə bizim əlimizdədir.
Tanrı Türkə yar və yardımçı olsun!
Yaşasın Azərbaycan! Yaşasın İrəvan Muxtar Respublikası!
İbrahim Xəlil Nəriman oğlu Balayoğulları (Balayev),
Böyük Türk Qurultayının Çağrılması üzrə Təşkilat Komitəsinin sədri, hüquqşünas
24 dekabr 2022-ci il.
KONKRET.az

Siyasi       Tarix: 07 yanvar 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes valyuta mezennesi banklar son xeber.az kriminal xeberler