Qərbi Azərbaycanlılar doğma yurdlarına qayıdacaqlarına əmindirlər

Qərbi Azərbaycanlılar doğma yurdlarına qayıdacaqlarına əmindirlərErmənistanın 30 illik işğalına möhtərəm Prezident, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz ordumuz 44 gün ərzində son qoydu. 10 noyabr 2020-ci il tarixi xal¬qımızın yaddaşına əbədi həkk olundu. Həmin gün Ermənistanın məğlubiyyəti rəsmən təsdiqləndi. İllərlə həsrətlə gözlədiyimiz böyük qayıdış tarixi hadisəsi reallığa çevrildi. Hazırda isə böyük qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir.
Prezident İlham Əliyev dekabrın 24-də - doğum günündə Qərbi Azərbaycan İcmasının inzibati binasında oldu. Orada yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Görüş zamanı cənab Prezident İlham Əliyev qeyd etdi: "Biz bu ilin sentyabr ayında həyata keçirdiyimiz hərbi əməliyyatlar sayəsində öz təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin edəcək mövqelərə yiyələndik. Bu mövqelər bizə imkan verir ki, nəinki öz təhlükəsizliyimizi təmin edək, həm də qarşı tərəfin mövqelərini, onun hər bir hərəkətini diqqətdə saxlayaq. Bu baxımdan ordumuzun sadəcə Vətən müharibəsindəki deyil, ondan sonrakı əməliyatları da olduqca əhəmiyyətlidir".
Doğum gününü Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə birgə qeyd etdiyini bildirən dövlətimizin başçısı xüsusilə vurğuladı ki, Qərbi azərbaycanlılar da heç vaxt inamlarını itirməməli, eyni zamanda, addımlar atmalı, fəal olmalıdırlar. Nəyi, necə və nə zaman edəcəyini dəqiq bilən cənab Prezidentimiz görüşün sonunda dedi: "Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq".
Artıq işğaldan azad olunmuş torpaqlarımızda həyat canlanır. Məcburi köçkünlərimizin öz torpaqlarına qayıdırlar. Bu arzumuz reallaşdı. İnanırıq ki, haqq öz yerini tapacaq və çox çəkməyəcək ki, İrəvana, Göyçəyə, Zəngəzura qayıdış arzularımız da gerçək olacaq. 
Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və 2022-ci ilin sentyabrında sərhəddə keçirilən hərbi əməliyyatların Azərbaycan tarixində mühüm yeri var. Son 30 ildə ilk dəfədir ki, biz erməniləri hər hansı hərbi əməliyyata başlamaq imkanından məhrum etmişik. Göyçə gölünün ətraf dağlarındakı yüksəkliklərdən Naxçıvan dağlarının görünməsi arzularımızın gerçəkləşməsinin uzaqda olmaması deməkdir. Bütün bunlara Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi misilsiz tədbirlər və şanlı Ordumuzun rəşadəti sayəsində nail olmuşuq. 
Prezident İlham Əliyev Qarabağ münaqişəsi həll olunandan sonra qarşıda duran əsas məsələnin – Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması məsələsinin olduğunu bildirdi. Dövlətimizin başçısı bu icmanın həm ölkə daxilində, həm də xaricdə, beynəlxalq təşkilatlarda böyük əks-səda doğuracaq layihələr həyata keçirmələrinin lazım olduğunu dedi. Yəni, İcma Qərbi Azərbaycanda tarix boyu, əsrlər boyu azərbaycanlıların var olduğunu sübuta yetirən layihələr həyata keçirməlidir və bunu beynəlxalq təşkilatlara çatdırmalı və tanıtmalıdır.
Dövlət başçısı çıxışında "Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyəti və uğurları danılmazdır. ADR doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı"- deyərək Şərqin ilk demokratik dövlətinə, qurucularına böyük dəyər verdi. Cənab İlham Əliyev onu da xüsusi vurğuladı ki, tarix təhrif olunmamalıdır. Bu mənada 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin bizim tarixi şəhərimizin – İrəvanın Ermənistana bağışlanmasını da qəbulolunmaz fakt olaraq vurğuladı.
Azərbaycan Prezidenti bununla əslində xarici auditoriyaya, aparıcı paytaxtlara, Ermənistandan istifadə edənlərə mesajını çatdırdı. 
Biz Qərbi Azərbaycanlılar inanırıq ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, müdrik, qətiyyətli və cəsarətli siyasəti nəticəsində tezliklə dədə-baba yurdumuz İrəvan, Zəngəzur və Göyçə ellərinə də qayıdacağıq. Dövlətimizin başçısının ətrafında sıx birləşməklə biz bu qələbələrə hökmən nail olacağıq.
Vüsal Süleymanov
Mehdiabad qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru / azxeber.com

Siyasi       Tarix: 28 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumat son xəbərlər bugün 2026 xeber bugun xeberler