Qərbin Türkiyə PLANI: "Azərbaycan yenidən işğal oluna bilər" - TƏHLİL

Qərbin Türkiyə PLANI: Ağ Partiya başqanı Tural Abbaslının "YouTube" kanallarından birinə Türkiyə ilə bağlı açıqlaması səs-küy doğurub. Söhbət bu il Ərdoğan hökumətinin dəyişəcəyi təqdirdə Türkiyə və regionu nələrin gözləyəcəyindən gedir. Müxalif partiya lideri bildirib ki, Ankarada AK parti iqtidarının devrilməsi gələcək hökumətin də Azərbaycanın yanında olmasına zəmanət vermir. Və dediklərinə Süleyman Dəmirəlin Elçibəy hökumətinə helikopter verməməsi ilə əsas qazandırıb. Bəli, o zamankı Türkiyə iqtidarı "Bakı problemini Moskva ilə çözsün" deyirdi.
KONKRET.az xəbər verir ki, Türkiyə mediası da Tural Abbaslının çıxışını yayımlayır və Boraltan körpüsü olayını da xatırladırlar. Stalin zülmündən qaçan azərbaycanlılar barədə Ərdoğanın illər öncəki çıxışını təqdim edirik:

Daha əvvəl də xəbər verdiyimiz kimi, ABŞ Türkiyədə hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. Vaşinqton əhli buna 2016-da FETO və Türkiyədə hərbi çevrilişlə nail olmağa çalışdı. Lakin xalq Ərdoğanı dəstəklədiyi üçün ordu sıralarındakı nurçular ələndi. Hazırda isə Türkiyənin yəhudi Ceremi Rifkin kurasiyasına verilməsi planlaşdırılır. Bu barədə də araşdırma təqdim etmişik.
Türkiyə hakimiyyətini hərbi çevrilişlə devirə bilməyən amerikalıların FETO qolu da zərərsizləşdirildiyinə görə, plan iqtisadi və dollar maxinasiyalarına keçid aldı. Hətta Ağ Evin Yunanıstana hərbi yardımları, Fransanın da Egeydə gərginlik yaratmaq cəhdləri sezilir. Bunun isə səbəbi gün kimi aydındır:
– Qərbə müstəqil Türkiyə lazım deyil. Onlar belə geostrateji əhəmiyyətli cümhuriyyəti buyruqçu statusuna qaytarmaq istəyirlər. Çünki Ərdoğan ölkəsini sözün hər mənasında azad siyasət platformasına çevirib. Belə ki, regionda Türkiyənin sözü Avropa İttifaqı, NATO, BMT kimi təşkilatlardan daha keçərlidir. Bu isə Osmanlı qarabasması ilə islaq oyanan qərblilərə sərf eləmir.
Qərbin Türkiyə planı baş tutarsa:
– İstanbul meri kimi ermənipərəstlərin, qılıncın darlıq etdiyi "ağıllılar"ın hakimiyyətə gəlməsi qaçılmazlaşır;
– Bu zaman Türkiyədə vətəndaş müharibəsi ola bilər;
– PKK, PYD, YPG terrorları İstanbulu Hələbə çevirər;
– "France24″də yayımlanan Türkiyənin parçalanmış xəritəsi reallıq olar;
– Söhbət Türkiyənin Anadolu hissəsi, Ermənistan və Naxçıvanla sərhəd ərazilərində Kürdüstan dövlətinin yaradılmasından gedir.
Yaxud:
– Türkiyənin yeni hökuməti Azərbaycanın mövqeyini müdafiə etməyəcək;
– Ermənistanla sərhədlər açılacaq və İrəvan Bakının ərazi bütövlüyü şərtlərini qəbul etməyə məcbur qalmayacaq. Çünki blokadadan çıxmış olur;
– Ərdoğanla imzalanan Şuşa bəyannaməsi ləğv oluna bilər. Rusiyaya meydan oxuyan türklər meydanı yenə Kremlə verəcək;
– Türk Dövlətləri Təşkilatı ən yaxşı halda əməkdaşlıq şurası qəlibinə düşəcək. Turan İttifaqı Avrasiya İqtisadi Birliyi və KTMT asılılığı yaşayacaq;
– Azərbaycan Qarabağı erməni işğalından qorumaq üçün yetərli gücə sahibdir. Amma Prezident İlham Əliyev demişkən, "gəl təkbətək vuruş bizlə". Ermənistan isə KTMT-yə sədrlik edən ölkə və Rusiyanın bir növ diyarıdır. Bu halda III Qarabağ savaşı I Qarabağ müharibəsini xatırlada bilər. Bəzi ekspertlərin təbirincə desək, "Azərbaycan yenidən işğal olunar".
Hər halda "şər deməsən, xeyir gəlməz". Hamı bilir ki, Azərbaycan qlobal iqtisadi layihələrin ev sahibidir və Rusiya bura hücum etmək istəsə, qarşısında Avropanı görə bilər. Digər bir həqiqət isə ondan ibarətdir ki, Kreml bütün Qərbi gözə alaraq Ukraynaya hücumu davam etdirir. Yəni Rusiyanın yeni SSRİ iddiaları sərhəd tanımayacaq.
Sonda qeyd edək ki, Ulu öndər Heydər Əliyevin "bir millət iki dövlət" kəlamını bugünkü gerçəkliyə çevirən İlham Əliyev və Rəcəb Tayyib Ərdoğandır. Qardaşlıq isə dollarla ölçüyə gəlmir.
KONKRET.az-ın Analitik Qrupu

Siyasi       Tarix: 07 yanvar 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes valyuta mezennesi banklar son xeber.az kriminal xeberler