Qətər açılış matçında uduzmaları üçün futbolçulara 7 milyon rüşvət verib - İDDİA
Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının açılış matçında ev sahibi komanda Ekvador millisi ilə qarşılaşacaq. Qətər rəsmilərinin bu oyunda uduzmaları üçün Ekvador millisinin 8 oyunçusuna 7,4 milyon dollar rüşvət verdiyi iddia olunur.
KONKRET.az xəbər verir ki, bu iddia ilə jurnalist, siyasi analitik və Britaniya Yaxın Şərq Araşdırmaları Mərkəzinin regional rəhbəri Amjad Taha çıxış edib.
"Qətər səkkiz Ekvadorlu oyunçuya 7,4 milyon dollar rüşvət verib ki, ilk oyunu (1-0, 2-ci hissə) uduzsunlar. Beş Qətər və Ekvador insayderi bunu təsdiqləyib. Ümid edirik ki, yalandır. Bunu paylaşmağın nəticəyə təsir edəcəyinə ümid edirik. Dünya FİFA-nın korrupsiyasına qarşı olmalıdır", – jurnalist sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
Qeyd edək ki, turnir noyabrın 20-də Qətər – Ekvador oyunu ilə start götürəcək və dekabrın 18-nə qədər davam edəcək. Yeniavaz.com
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Bakıda yaşayış binasında uçqun
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir