Qətər Ekvadorla bugünkü oyunu satın alıb? - Baş məşqçi danışdı
Qətər millisinin baş məşqçisi Feliks Sançes dünya çempionatının açılış oyununda uduzmaq üçün qətərlilərin Ekvador millisinin bir neçə futbolçusuna rüşvət verməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
KONKRET.az ESPN-ə istinadən xəbər verir ki, oyunla bağlı keçirilən mətbuat konfransında F.Sançes bununla bağll sualı da cavablandırıb. O deyib:
"İnternet əla vasitədir, lakin məncə, bu, çox təhlükəlidir. Orada çoxlu yalan məlumat var. Biz uzun illərdir bu yarışa hazırlaşırıq. Komandamız birdir. Güclü və bir. Heç kim bu tənqidlə bizdəki sabitliyi poza bilməz. Bu söhbətlər heç bir şəkildə bizə təsir etməyəcək.
Komandamız həyəcanlı, motivasiyalı və ilk dünya çempionatında oynamaqdan xoşbəxtdir. Biz oyuna necə hazırlaşmaq, emosiyalarımızı idarə etmək üzərində köklənmişik və başqa şeyləri nəzərə almırıq. Bir komandanın və ya oyunçunun başına gələ biləcək ən yaxşı şey şayiələrə məhəl qoymamaqdır".
Xatırladaq ki, DÇ-2022-nin Qətər – Ekvador açılış oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qol.az

Elnarə Xəlilova da iynə ilə arıqlayır
Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır
Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi
140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə Bakıda bir araya gəldi - Bu məsələlər müzakirə edildi
Diplomatlar Xudavəng monastır kompleksində - Fotolar
"Unibank"ın İdarə Heyətində dəyişiklik
PISA-da oxu nəticəmizi necə yüksəldək?
Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO
Çempionlar Liqası tarixində ən yaşlı alman futbolçu oldu
AccessBank tender elan etdi
Torpağı alıb ev tikdi, 10 il sonra məhkəməlik oldu
Bakıda ağır qəza: Qadını vurdu, sonra "Prius"a çırpıldı
"Prezident sağlamdır və mütləq bəzi insanların siyasi ölümünü görəcək" - Baqratyan
Azərbaycanda işıq pulu ləğv edilə bilər