"Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişdi" - KİV
Fotoqraf Xalid əl-Misslam Qətərdə keçirilən dünya çempionatını işıqlandırarkən dünyasını dəyişən ikinci jurnalist olub.
KONKRET.az xəbər verir ki, fotomüxbirin ölümü barədə Qətərin "Gulf Times" qəzeti məlumat yayıb.
Qətərli Xalid əl-Misslam "Al Kass TV"nin fotomüxbiri idi. Ölümün səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, dekabrın 9-da Lusaildəki Milli Stadionda Argentina və Niderland milli komandaları arasında keçirilən dünya çempionatının 1/4 final matçında "CBS Sports" şəbəkəsində işləyən amerikalı idman jurnalisti Qrant Uol vəfat edib.
Jurnalistin qardaşı sosial şəbəkədə bildirib ki, Qrant mətbuat lojasında huşunu itirib, tibb işçiləri ürək-ağciyər reanimasiyası aparıblar, amma bu onun həyatını xilas etməyib. Futbol icmalçısı dekabrın 10-da səhər saatlarında yerli xəstəxanada dünyasını dəyişib.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır