Qətlə yetirilən aktyorun evindən oğurlanan pulla avtomobil alınıb?

Qətlə yetirilən aktyorun evindən oğurlanan pulla avtomobil alınıb?Paytaxtda aktyor İosif Tkaç və onun həyat yoldaşı Lyudmila Tkaçi qətlə yetirməkdə təqsirləndirilən İslam Hadiyevin cinayət işinin məhkəmə istintaqı yekunlasıb.
KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən proses təqsirləndirilən şəxsin ifadələrindəki ziddiyyətlərə aydinlıq gətirməklə davam etdirilib.
İslam Hadıyev həm ibtidai istintaqda, həm də məhkəmə prosesindəki sərbəst ifadələri zamanı qətlə yetirilən aktyorun evindən oğurladığı 50 min manatı əvvəlcə özunə məxsus evdə gizlətdiyini, daha sonra isə həmin pulun valyuta olan hissəsini manata dəyişərək "Kia Sportage"markalı avtomobil aldığını desə də, sonra bu ifadəsini danıb.
Məhkəmədə sonuncu ifadəsi zamanı o, aktyor və onun həyat yoldaşıni tamah məqsədilə deyil, ona hücum etmələrinə görə qorxduğundan öldurdüyünü bildirib. Bunula yanaşı, onların evindən 50 min manatı oğurlaması faktıni da danib.
Prokurorun ona ünvanladığı suallara isə İslam Hadıyev qeyri-səmimi cavab verib.
Daha sonra məhkəmə istintaqı yekunlaşaraq sənədlərin tədqiqi mərhələsinə start verilib.
Məhkəmənin növbəti prosesi aprelin 10-da davam edəcək.
Qeyd edək ki, hadisə 2024-cü il oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda baş verib.
1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Zusyeviç Tkaç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Mixaylovna Tkaçı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qətlə yetirilən İosif Tkaç 1997-ci ildən S.Vurğun adına Rus Dram Teatrında aktyor vəzifəsində işləyib. Teatrda işlədiyi müddətdə bir çox rollar oynayıb.
Cinayət hadisəsini törətməkdə şübhəli bilinən İslam Hadıyev aktyorun evində əvvəllər usta kimi çalışıb və bu müddət ərzində də yaşlı ər-arvadın etibarını qazanıb.
Aktyor evindən oğurlanan 50 min manata görə İslam Hadıyevi ittiham edib. Münaqişə də bundan sonra başlayıb. İosif Tkaç və arvadı Lyudmila Tkaç pulu qaytarmayacağı təqdirdə İ.Hadıyevdən polisə şikayət edəcəklərini bildiriblər.
İ.Hadıyev də son dəfə onların yaşadıqları mənzilə gələrək ər-arvadı öldürüb və daha sonra Salyan rayonuna qaçıb. Qaçdığı Salyanda da polis əməkdaşları tərəfindən saxlanılıb.
Onu da qeyd edək ki, aktyorla yanaşı, qətlə yetirilən həyat yoldaşı Lyudmila Tkaç respublikanın tanınmış pedaqoqu olub.
Təqsirləndirilən barədə Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.//Oxu.az

Hadisə       Tarix: 04 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbərlər bu gunun xeberleri cəbhədən video son xeberler bu gun