Qəzada ölən polis 3 uşaq atası imiş
Xəbər verdiyimiz kimi, Ağdaş rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Yol Patrul Xidmətinin (YPX) əməkdaşı Samir Zamanpur dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, o, əvvəllər Ağdaş Rayon Dövlət Yol Polisi bölməsinin (DYPB) əməkdaşı olub. Daha sonra Zərdab Rayon DYP bölməsinə təyinat alıb.
Samir Zamanpur ailəli idi. Onun 1 oğlu, 2 qızı var.
Qeyd edək ki, hadisə ötən gün gecə saatlarında, Ağdaş rayonunun Yuxarı Ləki kəndində baş verib. Belə ki, Samir Zamanpurun idarə etdiyi "VAZ-21011" markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi "VAZ-21011" toqquşub.
Nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu