QHT sədri Özbəkistan mediasına WUF13-dən danışıb - FOTOLAR

QHT sədri Özbəkistan mediasına WUF13-dən danışıb - FOTOLARAzərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası — WUF13 xarici medianın, xüsusilə də Özbəkistan mətbuatının diqqət mərkəzindədir. Forumla bağlı Özbəkistan Dövlət İnformasiya Agentliyi Uza.uz, tanınmış xəbər agentliyi "Zamon.uz" informasiya portalı geniş material hazırlayıb. Yazılarda Azərbaycanın qlobal urbanizasiya proseslərində artan roluna diqqət çəkilərək, qeyd olunur ki, Bakı artıq təkcə regionun deyil, həm də beynəlxalq şəhərsalma və dayanıqlı inkişaf gündəliyinin müzakirə olunduğu mühüm platformalardan birinə çevrilib.
Məqalələrdə "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlının fikirlərinə geniş yer ayrılıb. O bildirib ki, WUF13 Azərbaycanın müasir şəhərsalma baxışını və inkişaf modelini beynəlxalq ictimaiyyətə təqdim edən mühüm qlobal platformadır.
Fərid Şahbazlı qeyd edib ki, forum çərçivəsində xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma layihələri xüsusi diqqət çəkir. Burada tətbiq olunan "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları, yaşıl enerji həlləri, rəqəmsal idarəetmə sistemləri və müasir nəqliyyat infrastrukturunun qurulması Azərbaycanın yeni urbanistik modelinin əsas istiqamətlərini təşkil edir.
F.Şahbazlının sözlərinə görə, bu model yalnız infrastruktur quruculuğu ilə məhdudlaşmır, eyni zamanda sosial inklüzivlik, milli memarlıq irsinin qorunması və ekoloji balansın təmin edilməsinə əsaslanır.
Özbəkistan mediasında yayılan materiallarda vurğulanır ki, Azərbaycan və Özbəkistan arasında şəhərsalma, memarlıq və regional inkişaf sahələrində əməkdaşlıq son illərdə daha da güclənib. Xüsusilə postmünaqişə ərazilərinin bərpası sahəsində Azərbaycanın təcrübəsi Özbəkistan ictimaiyyəti tərəfindən maraqla izlənilir.
Bildirilib ki, WUF13 təkcə qlobal müzakirə platforması deyil, həm də türk dünyası ölkələri arasında yeni urbanistik əməkdaşlıq modelinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
QHT sədri Fərid Şahbazlı Özbəkistan mediasına açıqlamasında qeyd edib ki, Bakıdakı forum Azərbaycanın beynəlxalq nüfuzunun və təcrübəsinin daha bir nümunəsi olmaqla yanaşı, ölkənin təqdim etdiyi "insan mərkəzli şəhər" modelini dünya gündəminə çıxarır və gələcəyin şəhərlərinə dair yeni baxış formalaşdırır.
QHT sədri Özbəkistan mediasına WUF13-dən danışıb - FOTOLARQHT sədri Özbəkistan mediasına WUF13-dən danışıb - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 16 may 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat son.xeber dunyada son xeberler hava