Qida məhsulları ilə bağlı yeni qərar qüvvəyə mindi

Qida məhsulları ilə bağlı yeni qərar qüvvəyə mindiBu gündən qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda, həmin məhsulların idxalına və dövriyyəsinə icazə verilməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə "Qida təhlükəsizliyi haqqında" qanunda qeyd olunub.
Qeyd edək ki, qanun ötən il Milli Məclisdə qəbul olunub və 2022-ci il iyunun 24-də Prezident İlham Əliyevin imzaladığı "Qida təhlükəsizliyi haqqında" qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Qanuna görə, qida sahəsində fəaliyyət göstərən hər bir sahibkar yeni qanunun müddəaları ilə yaxından tanış olmalı və öz fəaliyyətini onun tələblərinə uyğun qurmalıdır. Yeni qüvvəyə minən qanun qida təhlükəsizliyi sistemi üzrə hüquqi bazanı gücləndirəcək, vətəndaşların həyat və sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Eyni zamanda, yeni qanun dövlətin siyasi xəttinə uyğun olaraq, sahibkarlara göstərilən dəstəyin davamı kimi də öz töhfəsini verəcək.
Xatırladaq ki, yeni qanuna əsasən, 2023-cü il yanvarın 1-dən etibarən xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə veriləcək. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi ölkələrdə isə qiymətləndirmə aparılmaqla həyata keçiriləcək. Yeni qanuna əsasən, bioloji aktiv qida məhsulları, qida və yem əlavələri, təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək. Qida məhsullarının, o cümlədən mineral suların üzərində "müalicəvi" sözünün yazılması qadağan edilir və həmin məhsulların idxalı, istehsalı mümkün olmayacaq. Qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda onun idxalına və dövriyyəsinə yol verilməyəcək.
Yeniliklərdən biri də budur ki, qida məhsullarının markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə eynixassəli oxşar qida məhsullarına məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilməyəcək. Bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minib. Bütün qida və yem məhsulları məhsul idxal olunmamışdan əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən, idxal sağlamlıq akti verildikdən sonra dövriyyəyə buraxılacaq. Qida ilə təmasda olan material və məmulatların idxalı zamanı onlara AQTA tərəfindən verilən idxal sağlamlıq aktı, yerli istehsal olduqda isə obyektlərin qeydiyyatı tələb olunacaq. Aşağı riskli məhsullara aid qida obyektlərinin qeydiyyatı avtomatik, yüksək riskli məhsullara aid obyektlərin təsdiqi isə tələblərə uyğunluğu qiymətləndirilməklə həyata keçiriləcək. Obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan, təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə vahid məbləğ (150 manat) olmaqla ödəniləcək. Yem məhsullarının dövlət qeydiyyatı "yem zəncirinə" nəzarətlə əvəz olunacaq. Özəl laboratoriyalar akkreditasiya ilə yanaşı, Qida Təhlükəsizliyi İnstitutunun səriştəlilik sınaqlarından keçdikdən sonra onların nəticələri qəbul ediləcək.
Sahibkarlar yeni qanunla əlaqədar sualları yarandığı təqdirdə agentliyin 1003 – Çağrı Mərkəzinə zəng vuraraq müraciət edə bilərlər. "Qida təhlükəsizliyi haqqında" qanunun tam mətni və izahedici məlumatlarla Qida Təhlükəsizliyi Agentliyinin media resurslarında – afsa.gov.az saytında və sosial şəbəkə hesablarında tanış olmaq mümkündür.

Sosial       Tarix: 01 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gune olan xeberler xeber metbuat kriminal bugun