Qırmızı şərab hər zaman ürəyə faydalı deyil

Qırmızı şərab hər zaman ürəyə faydalı deyilBarselona Universitetinin və Barselona Klinik Xəstəxanasının alimləri müəyyən ediblər ki, Aralıq dənizi pəhrizinə əməl etsəniz, qırmızı şərab ürək-damar xəstəlikləri riskini azalda bilər – bitki mənşəli qidalar, balıq və qoz-fındıqların xeyrinə fast food və şirniyyatlardan uzaq durun.
KONKRET.az xəbər verir ki, araşdırmada ürək-damar xəstəliyi olmayan və eksperimentin əvvəlində 2-ci tip diabeti olan 1232 könüllü iştirak edib. Yüksək qan təzyiqi, artıq çəki və ürək-damar xəstəliyinə irsi meylli xəstələrin məlumatları da nəzərə alınıb.
Bütün iştirakçılar zeytun yağı, tərəvəz, meyvə, qoz-fındıq və balıq istehlakını nəzərdə tutan Aralıq dənizi pəhrizinə riayət ediblər. Şərab istehlakını qiymətləndirmək üçün iştirakçılar müntəzəm sidik testlərindən keçiriliblər, çünki üzümdə və şərabda olan tartarik turşusu böyrəklər tərəfindən süzülür.
Təxminən 4-5 il davam edən təqib zamanı infarkt və insult kimi 685 ürək-damar xəstəliyi hadisəsi qeydə alınıb.
Nəticələr göstərib ki, ürək-damar xəstəliklərinə tutulma riski gündə yarımdan bir stəkan şərab istehlak edənlərdə, çox nadir hallarda və ya heç içməyənlərlə müqayisədə 50 faiz aşağıdır.
Orta dərəcədə spirt istehlakı (həftədə bir qədəhə qədər və ya gündə yarım qədəhdən az) riski 38 faiz azaldır. Ancaq gündə bir qədəhdən çox içənlərdə faydalı təsir itib. (lent.az)
KONKRET.az

Sağlamlıq       Tarix: 04 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Koronavirusla bağlı ŞOK İDDİA: İnsan orqanizmində görün nələr edirmiş

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin alimləri koronavirusla bağlı mühüm elmi qənaətə gəliblər. Məlum olub ki, virus insan orqanizminin toxumalarında illərlə qalmaq qabiliyyətinə malikdir. bildiri

Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı

"Bu briket insanı 24 saat ərzində yaşatmaq üçün nəzərdə tutulub, — serjant xırıltılı səslə izah etdi. — Onun tərkibində vitaminlər, mineral maddələr, zülallar və selitra var. Bir sözlə, rəhbərliyin əsgər orqanizmi üçü

Gizli təhlükə: Sağlamlığımıza səssizcə zərbə vuran məhsullar

Son zamanlar idman zallarında əzələ kütləsini artırmaq və fiziki göstəriciləri yaxşılaşdırmaq istəyən şəxslər arasında protein tozları və digər idman əlavələrindən istifadə geniş yayılıb. Lakin bu məhsulların həkim məsləhət

Rənglərin görünməyən təhlükəsi: Uşaqların istifadə etdiyi boyalarda hansı kimyəvi maddələr var?

Uşaqların rəsm çəkməsi onların yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir göstərsə də, bu zaman istifadə edilən materialların təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə su əsaslı boyaların uşaqla

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız


yeni xeberler son xeberler azerbaycan xeberleri bugun xeberler en son xeberler sonxabar az ensonxeberler