"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Uşaqlar üçün nəzərdə tutulan populyar süd məhsulunun körpələr üçün potensial təhlükəli olduğu üzə çıxıb.
KONKRET.az "Baza" Telegram kanalına istinadən xəbər verir ki, söhbət tərkibində normadan artıq kalsium aşkar edilən "Aquşa" süd məhsulundan gedir. Bu isə böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər.
"Laboratoriya məhsulun qablaşdırmasında göstərilən 100 milliqram əvəzinə 222 milliqram kalsium aşkar edib. Bu miqdar icazə verilən normalar daxilində olsa da, Rospotrebnadzor məhsulun etiketindəki məlumatların anaları çaşdırdığını hesab edərək istehsalçıya xəbərdarlıq edib. Qayda pozuntusu ilə bağlı məhsullar Kurqan şəhərindəki "Lenta" mağazasında aşkarlanıb", – nəşr yazır.
Pediatr Anna Levandnaya jurnalistlərə bildirib ki, orqanizmdə kalsiumun həddindən artıq olması böyrəklərdə daş və duz kristallarının yaranmasına səbəb ola bilər. Onun sözlərinə görə, xüsusilə uşaq D vitamini qəbul edirsə və ya böyrək xəstəliklərindən əziyyət çəkirsə, bu məsələdə daha diqqətli olmaq lazımdır.
Qeyd edək ki, daha əvvəl arıqlama preparatlarının istehsalçıları bu dərmanların qəbulu nəticəsində yaranan ağır fəsadlara görə kütləvi şəkildə ittiham olunublar. Pasiyentlər mədə iflicindən əziyyət çəkdiklərini, bəzi dərman istifadəçiləri isə görmə qabiliyyətini itirdiklərini bildiriblər.

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu