Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıqHavaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçıları maraqlandıran əsas məsələlərdəndir.
Bəs məhsulların qiymət artımına hansı amillər təsir edə bilər? Qış aylarında bahalaşmanın qarşısını almaq mümkündürmü?
İqtisadçı ekspert Razi Abbasbəyli azxeber.com-a açıqlamasında bildirib ki, iqlim dəyişiklikləri və əkin sahələrinin azalması kartof istehsalına mənfi təsir göstərib:
"Azərbaycanda ötən illərlə müqayisədə həm kartof əkilən sahələrin həcmi azalıb, həm də tədarük göstəricilərində təxminən 13 faizə qədər geriləmə qeydə alınıb. Bu baxımdan bahalaşma qaçılmazdır. Azərbaycanın kartof idxal etdiyi əsas ölkələr sırasında Ukrayna və İran ilk yerlərdə dayanırdı. Lakin Rusiya-Ukrayna müharibəsi və ABŞ-İran qarşıdurması fonunda müəyyən logistik çətinliklər mövcuddur".
Ekspert qeyd edib ki, idxal istiqamətlərinin dəyişdirilməsi də qiymətlərə təsirsiz ötüşməyəcək:
"Azərbaycan ya alternativ bazarlara müraciət edərək daxili tələbatı qarşılamalı, ya da mövcud xarici bazarlardan idxalı davam etdirməlidir. Mövcud bazarlardan idxalın davam etdirilməsi kartofun qiymətini bahalaşdırır. Alternativ marşrutlarda isə həm logistik xərclər artır, həm də qiymətlər yüksək olur. Ona görə də indidən ehtimal etmək olar ki, Azərbaycanda kartofun qiyməti bahalaşacaq".
İqtisadçının sözlərinə görə, qış aylarında qiymət artımı gözlənilən digər məhsul toyuq yumurtasıdır:
"Enerji qiymətlərinin artırılması, tariflərin yüksəldilməsi, dizel yanacağının bahalaşması, eləcə də xarici ölkələrdən idxal edilən dərman preparatlarının, peyvəndlərin və yem məhsullarının qiymətlərinin artması yumurtanın da bahalaşmasına səbəb ola biləcək amillərdəndir. Bu baxımdan strateji əhəmiyyət daşıyan iki əsas məhsulun – yumurta və kartofun qış aylarında bahalaşacağını ehtimal etmək olar".
Ekspert hesab edir ki, mümkün qiymət artımının qarşısını almaq üçün hökumət indidən qabaqlayıcı tədbirlər görməlidir:
"Yaxşı olardı ki, hökumət qış aylarına qədər çevik proqram tətbiq etsin. Həmin məhsulların alınaraq tədarük edilməsi, saxlanılması və ehtiyat fondunun formalaşdırılması daxili bazarda bahalaşmanın qarşısını almağa xidmət edə bilər. Bu məqsədlə müəyyən qədər idxal həyata keçirilə və məhsulların depolanması reallaşdırıla bilər. Nəticədə xarici bazarların təsirindən daxili bazarı maksimum dərəcədə qoruya bilərik. Bu da qiymətlərin kəskin bahalaşmasının müəyyən qədər qarşısını ala və ya onu təxirə sala bilər".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 22 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib

Qafqazın ilk inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan Bir, "Istanbul Fintech Week" (İstanbul Fintex Həftəsi) beynəlxalq tədbirində milli rəqəmsal maliyyə xidmətlərinin inkişaf strategiyasın

AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən AccessBank ilə tərəfdaşlıq çərçivəsində və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Ticarətin Sürətləndirilməsi Proqramı (TAP) çərçivəsində Bakıda xarici və daxil

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

"İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

"İrşad" ənənəvi "Yaşıl Cümə" kampaniyası iləoktyabr ayında da müştərilərinə sərfəli alış-veriş fürsətləri təqdim edir.Kampaniya çərçivəsində müxtəlif məhsullar daha münasib qiymətlər və xüsusi təkliflərlətəqdi

AZAL cari ilin ilk doqquz ayını artımla başa vurub

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını əməliyyat göstəricilərində artım, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq nailiyyətlərlə yekunlaşdırıb

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Bir-dən sahibkarlar üçün güzəştlər: "Biznesdə birlikdə" proqramına müraciət üçün tələsin

Bir ekosisteminin mikro sahibkarlara və iqtisadi inklüzivliyə dəstək məqsədilə start verdiyi "Biznesdə birlikdə" layihəsinə qeydiyyat davam edir. Müraciətlərin qəbulu üzrə son tarix 22 oktyabr 2026-cı ildir. Layih


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler 2026 son xeberler azerbaycan son xeber cəbhədən son xəbər