Qız üstündə qətl törədən şəxs: Bir yumruq vurdum öldü

Qız üstündə qətl törədən şəxs: Bir yumruq vurdum öldüBakı Ağır Cinayətlər Məhkəməsində qız üstündə qətl törətməkdə təqsirləndirilən Yəhya Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
azxeber.com Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Y.Quliyev ifadə verib.
O, özünü ittihamlarda qismən təqsirli bilib.
"Mənim onu öldürmək məqsədim yox idi. Həmin gün gecə yaşadığım binanın həyətində səs-küy eşitdim. Düşdüm ki, maşının yanında iki nəfər dayanıb. Onlara yaxınlaşıb kim olduqlarını soruşdum. Bildirdilər ki, maşın xarab olub. Kömək təklif etdim. Eynulla mənə sərt cavab verdi. Bildirdi ki, "Nə kömək edə bilərsən sən bizə, matorist-zadsan?" Mübahisə yarandı, mənim üstümə gəldi, mən də bir yumruq vurdum. Yumruq başından dəydi və yıxıldı. Mən onu nə taxta ilə, nə də kəsici alətlə vurmamışam", - təqsirləndirilən şəxs deyib.
Prosesdə şahid qismində ifadə verən zərərçəkmişin xalası oğlu Zamiq Həşimli də bildirib ki, təqsirləndirilən şəxs Eynulla İbadovu yumruqla vurub.
Zərərçəkmişin hüquqi varisi və anası Nəzakət İbadova isə oğlunun deşici alətlə qətlə yetirildiyini bildirib: "Oğlum yumruqla öldürülməyib. Onun başından kəsici alətlə vurublar. Bu işi Yəhya tək törətməyib. Ona bu işdə başqaları da kömək edib. Oğlumun başında xəsarət var. Xahiş edirəm həmin şəxslər də müəyyənləşdirilsin. Həm də mənim oğlun vurulandan sonra köməksiz vəziyyətdə qalıb, ona tibbi yardım göstərilməsinə imkan verilməyib".
Proses iyulun 27-də davam etdiriləcək.
İttihama görə, 1999-cu il təvəllüdlü Yəhya Quliyevin 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu döyməsi və nəticədə Eynulla İbadovun xəstəxanaya aparılarkən yolda ölməsi mübahisə zəminində baş verib.
Hadisə paytxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Biləcəri qəsəbəsində yaşayan və Vətən Müharibəsi qazisi olan Yəhya Quliyev gecə saatlarında məhəllədə səs-küy yarandığını görüb. Küçədə Y.Quliyev, E.İbadov və Z.Həşimli arasında mübahisə yaranıb. Mübahisə zamanı Y.Quliyev hər iki şəxsi yumruqla vurub. Nəticədə 30 yaşlı Eynulla aldığı xəsarətdən vəfat edib. Z.Həşimlinin isə həyatına təhlükə yaranmayıb.
Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən Müharibəsində yaralanaraq qazi olub. O, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə iş açılıb.

Sosial       Tarix: 06 iyul 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


azerbaycan xeberleri son xeberler yeni xeberler hava son xeberler bugun axsam az xeberler valyuta