Qızıl alanların diqqətinə: Qiymətlər niyə enir və bundan sonra nə olacaq?

Qızıl alanların diqqətinə: Qiymətlər niyə enir və bundan sonra nə olacaq?Qlobal maliyyə bazarlarında son günlər qızılın qiymətində eniş tendensiyası müşahidə olunur. Dünyada iqtisadi qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda uzun müddət təhlükəsiz investisiya aləti hesab edilən qiymətli metalın ucuzlaşması investorların diqqətini cəlb edib.
Bəs qızılın qiymətinin enməsinə hansı amillər səbəb olub və bu tendensiya yaxın dövrdə də davam edəcəkmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, qızılın ucuzlaşmasının əsas səbəblərindən biri ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini yüksək səviyyədə saxlayacağına dair gözləntilərin güclənməsidir.
Qızıl alanların diqqətinə: Qiymətlər niyə enir və bundan sonra nə olacaq?Onun sözlərinə görə, ABŞ dollarının möhkəmlənməsi və dövlət istiqrazlarının gəlirliliyinin artması da qiymətli metalın qiymətinə mənfi təsir göstərir.
"Qızıl faiz gəliri gətirməyən aktiv olduğundan, yüksək faiz mühitində investorlar daha çox gəlir təmin edən maliyyə alətlərinə üstünlük verirlər. Bu isə qızıla olan tələbatın azalmasına və qiymətlərin enməsinə təsir edir. Eyni zamanda, əvvəlki dövrdə qiymətlərin kəskin bahalaşmasından sonra investorların mənfəəti reallaşdırmaq üçün satışları artırması da bazarda eniş təzyiqini gücləndirib", – deyə iqtisadçı vurğulayıb.
Akif Nəsirli qeyd edib ki, yaxın dövrdə qızılın qiymət dinamikası bir sıra mühüm amillərdən asılı olacaq.
"Bunların sırasında FED-in faiz siyasəti, ABŞ-da inflyasiya göstəriciləri, dolların məzənnəsi və geosiyasi proseslər xüsusi rol oynayır. Əgər faiz dərəcələri yüksək səviyyədə qalmağa davam etsə və dollar güclü mövqeyini qorusa, qızılın qiyməti üzərində təzyiq də güclənəcək. Lakin geosiyasi risklərin artması və ya faiz endirimi ilə bağlı gözləntilərin güclənməsi qızılın yenidən bahalaşmasına səbəb ola bilər", – deyə o, əlavə edib.
Ekspertin fikrincə, mövcud şəraitdə qızıl bazarında yaxın perspektivdə yüksək dəyişkənliyin davam edəcəyi daha real ssenari hesab olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az

Sosial       Tarix: 18 iyul 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib. Məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilə

Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq. Bu barədə -a Rəqəmsa

Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı

Çində alimlər tərəfindən aparılan yeni elmi tədqiqat ev şəraitində içməli suyu təhlükəli mikroplastiklərdən təmizləməyin son dərəcə asan və effektiv yolunu üzə çıxarıb. Məlum olub ki, kran suyunu sadəcə qaynatmaq və xırd

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler sonxeber ən son xəbərlər xeberler bugun