Qızıl almaq istəyənlərə VACİB XƏBƏR: Qiymətlər BELƏ OLACAQ

Qızıl almaq istəyənlərə VACİB XƏBƏR: Qiymətlər BELƏ OLACAQMəhərrəmlik ayında toy mərasimlərinin sayının azalması və zinət əşyalarına tələbatın nisbətən aşağı düşməsi fonunda qızıl qiymətlərində ucuzlaşmanın olub-olmayacağı maraq doğurur.
Bəs bu dövrdə bazarda qiymətlərin enməsi gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, Məhərrəmlik ayının qızılın qiymətinə ciddi təsiri yoxdur.
Qızıl almaq istəyənlərə VACİB XƏBƏR: Qiymətlər BELƏ OLACAQOnun sözlərinə görə, qızılın dəyəri beynəlxalq bazarlarda formalaşır:
"Hazırda mağazalarda vəziyyətin necə dəyişəcəyini dəqiq demək çətindir. Lakin Məhərrəm ayının qızıl qiymətlərinə heç bir təsiri yoxdur. Qızılın qiyməti dünya bazarında müəyyənləşir. Bu sahədə əsas amillər ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti, qlobal inflyasiya, beynəlxalq iqtisadi qeyri-müəyyənliklər və geosiyasi gərginliklərdir. Dini ayların və ya mərasimlərin qızılın qiymətinə təsiri yoxdur".
Ekspert qeyd edib ki, zinət əşyalarının qiyməti təkcə qızılın dəyərindən asılı deyil:
"Zinət məmulatlarının hazırlanmasında digər materiallar da istifadə olunur. Bundan əlavə, istehsal xərcləri, əməkhaqqı, vergilər və digər amillər qiymətə təsir göstərir. Bu məhsullar tez xarab olan və ya qısa müddətdə dəyərini itirən mallar deyil. Ona görə də əvvəlcədən məlum olan və hər il təkrarlanan hadisələrə xüsusi reaksiya vermirlər".
X.Kərimli vurğulayıb ki, Məhərrəmlik və Ramazan ayı kimi dövrlərin qızıl və zinət əşyalarının qiymətlərinə təsiri əhəmiyyətsiz səviyyədədir.
Beləliklə, ekspertin qənaətinə görə, Məhərrəmlik ayında toyların azalması qızılın ucuzlaşacağı anlamına gəlmir və qiymətlərin dəyişməsi əsasən qlobal iqtisadi proseslərdən asılı olaraq formalaşır.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 06 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Bu barədə -a Konstitusiya Məhkəməsindən məlumat verilib. Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilini

Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı

Çində alimlər tərəfindən aparılan yeni elmi tədqiqat ev şəraitində içməli suyu təhlükəli mikroplastiklərdən təmizləməyin son dərəcə asan və effektiv yolunu üzə çıxarıb. Məlum olub ki, kran suyunu sadəcə qaynatmaq və xırd

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

"20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik" – Sosioloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanm


azerbaycan xeberleri yeni xeberler son xeberler dunyada son xeberler sonxəbər krminal bu gun