Qızıl almaq istəyənlərə vacib xəbər: Qiymətlər niyə düşmür?
Məhərrəm ayında qızıl bazarında alıcı sayının azalmasına baxmayaraq, qiymətlərdə nəzərəçarpacaq ucuzlaşma müşahidə edilmir.
Bəs tələb aşağı düşdüyü halda qızıl niyə kəskin şəkildə ucuzlaşmır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, bazarda hər bir məhsulun qiyməti tələb və təklifdən asılı olaraq formalaşır. Onun sözlərinə görə, qızıl bazarında da müəyyən dövrlərdə tələbin azalması qiymətlərə təsir etsə də, bu, kəskin ucuzlaşma ilə nəticələnmir.
Ekspert qeyd edib ki, müsəlman aləmində matəm aylarında qızıla tələbat nisbə
tən azalır və bu, qiymətlərdə cüzi enmə yaradır:
"Həmin aylarda toyların sayı azalır və alıcılıq əvvəlki dövrlərlə müqayisədə zəifləyir. Buna baxmayaraq, investisiya məqsədilə, gündəlik istifadə üçün və ya digər səbəblərlə qızıl alanlar yenə də olur. Buna görə də qiymətlərdə ciddi enmə baş vermir.
Qızılın qiymətinin kəskin ucuzlaşmamasının əsas səbəblərindən biri dünya bazarında qiymətlərin davamlı dəyişməsidir.
Qlobal bazarda qiymətlər sürətlə dalğalanır. Belə şəraitdə satıcılar qiymətləri həddindən artıq aşağı salmaq istəmirlər. Əks halda, yeni məhsul alarkən yaranan qiymət fərqini öz vəsaitləri hesabına ödəməli ola bilərlər. Bu isə iqtisadi baxımdan sərfəli deyil."
Ekspert bildirib ki, Azərbaycan bazarında müəyyən məhsullara endirimlər tətbiq olunur.
"Xüsusilə qaşlı modellərdə və aşağı karatlı brilyantla hazırlanan məmulatlarda qiymət fərqi daha çox hiss edilir.
Təxminən 3 min manat dəyərində olan qızıl məmulatına 200-300 manatadək endirim edilə bilər. Ümumilikdə isə digər dövrlərlə müqayisədə qiymətlərdə orta hesabla 8-10 faiz endirim müşahidə olunur".
G.Hüseynova vurğulayıb ki, alıcılar bu fərqi hər zaman aydın hiss etmirlər. Çünki bazarda müxtəlif əyarlı, fərqli ölkə istehsalı olan və müxtəlif qram çəkisinə malik qızıl məmulatları satılır.
"Məsələn, 300 manatlıq üzükdə endirim 10-15 manat ola bilər. Lakin 10 min manatlıq qızıl məmulatında endirim məbləği daha yüksək olur. Məhsulun çəkisi və dəyəri artdıqca tətbiq olunan endirim məbləği də dəyişir", – deyə ekspert əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib