Qızıl almaq istəyənlərə xəbərdarlıq: Aldadıla bilərsiniz

Qızıl almaq istəyənlərə xəbərdarlıq: Aldadıla bilərsinizBir neçə müddətdir ki, qızıl, brilyant, gümüş və s. zərgərlik məmulatları da digər əşyalar kimi kirayə verilir. Azərbaycanda qızılın kirayə verilməsi son illərdə yeni bir tendensiya olaraq ortaya çıxıb.
Bu proses xüsusilə toy və digər xüsusi tədbirlər üçün qızıl zinət əşyalarına tələbatın yüksək olduğu hallarda geniş istifadə olunur. Qızıl zinət əşyaları satan mağazalar və ya xüsusi kirayə xidməti göstərən mərkəzlər bu xidməti təqdim edir. Müştərilər toylarda, nişanlarda və digər mərasimlərdə istifadə etmək üçün qızıl əşyaları qısa müddətə icarəyə götürə bilirlər.
Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev "Yeni Sabah"a açıqlamasında bu məsələyə münasibət bildirib:
"Zinət əşyalarının kirayə verilməsi o qədər də populyar deyil. Ancaq son zamanlar xam qızılın birja qiymətinin artması ilə bağlı məmulatın da qiyməti artır. Ona görə yəqin ki bu xidmət aktuallaşıb. Burada heç bir tənzimləməyə ehtiyac yoxdur. Çünki bu, azad iqtisadiyyatdır. Sadəcə istehlakçılara tövsiyəmiz o olar ki, bunu mütləq sənədləşdirsinlər, gələcəkdə hər hansısa mübahisəli məqam yaranmasın. Həmin proses sahibkarlar üçün də müəyyən mənada risk daşıyır. Çünki zərgərlik məmulatı qiymətli metallardan və daşlardan ibarətdir. İstehlakçı zinət əşyasının üzərindəki daşı, metalı dəyişə bilər. Nəzəri olsa da, bu ehtimal var. Burada həm sahibkar üçün risk mövcuddur. Həmçinin, risklə bağlı məsuliyyət kirayə götürən şəxsin üzərində olur. Ona görə də proses müqavilə ilə tənzimlənməli, xırdalıqlarına qədər hər bir məqam qeyd olunmalıdır".
T.Abbasquliyev qeyd edib ki, kirayə verilən zərgərlik məmulatı satışa çıxarıldıqda alıcıya onun icarə verildiyi haqda məlumat verilməlidir:
"Kirayə verilən qızıl məmulatı işlənmiş sayılır və onu satışa çıxarırlarsa, bu barədə alıcıya məlumat verilməlidir. Mütləq formada alıcı bilməlidir ki, o keçmişdə kirayə verilən məmulatı alır. İstənilən halda kirayə verilən qızıl zinət əşyası özünü bildirir. Üzərində müəyyən cızıq izləri olur. Belə halda əgər sahibkar onun rodium örtüyünü dəyişdirib cilalayırsa və yenidən satışa təqdim edirsə, həmin qızıl artıq yeni sayılır. Bu tamamilə istehlakçıya bağlı bir məsələdir. Ancaq satıcı da məsuliyyətli yanaşmalı və müştəriyə həmin mal haqda ətraflı məlumat təqdim etməlidir. Onu da qeyd edim ki, qızıl məmulatlarının satışı, kirayəsi ilə bağlı məsələlər heç bir qurumla tənzimlənmir. Digər əşyalar kimi, bu məmulatlar da rahat bir formada kirayə verilə bilər. Xüsusi tənzimləməyə ehtiyac yoxdur. Bazar iqtisadiyyatına əsasən tələb və təklif var. Əgər kimsə 1 manatlıq bir şeyi 5 manata təklif edirsə, təbii ki, onun alıcısı da az olacaq".
Müsahibimiz vurğulayıb ki, brend markalarda belə bir xidmət mövcud deyil:
"Qızıl, brilyant, gümüş və s. zinət əşyalarının kirayə verilməsi bazarda brend olmayan məhsullara aiddir. Biz əgər brend mağazalardan danışsaq, orada belə hallar ümumiyyətlə yoxdur. Həmin markaların satışa çıxardığı malların hamısı yenidir. Tanınmış qızıl mağazalarında belə bir xidmət mövcud deyil. Yox əgər müştəri bazardan qızıl alırsa, burada müəyyən risklər ola bilər. Diqqətli olmaq lazımdır". / azxeber.com

İqtisadiyyat       Tarix: 24 dekabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?

Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə müşayiət olunub. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə bir neçə genişmiqyaslı sosial paket reallaşdırılıb

Pensiya alanların nəzərinə - Bu tarixdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub

Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosia

"Marsol Zəfər Kuboku"nun qalibi bəlli oldu: "Birbank Biznes" 5-ci dəfə çempion oldu - FOTOLAR

4 noyabr tarixində Marsol Academy və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, "Techno Shop" şirkətinin baş sponsorluğu "Inch Mark" və "Sonifer" şirkətinin sponsorluğ

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək

Çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsinin aksizli malların dairəsinə daxi

"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır

2027-ci ildə əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə əmək pensiyasının orta məbləğinin isə 680 manat olacağı proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmə

Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azercell-in "Oflayn Qadınlar" sosial layihəsi beynəlxalq uğurlarını davam etdirir. Zorakılıqla üzləşən və ya zorakılıq riski altında olan qadınların məlumat və yardım resurslarına çıxışını asanlaşdıran təşəbbü

Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 6,5 milyon ABŞ dolları dəyərində 26 min 423 ton soğan (təzə və ya soyudulmuş) idxal edib. -un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığ


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber az meherremlik 2026 son xəbərlər xankendi