Qızıl almaq istəyənlərə xoş xəbər: Qiymət sürətlə düşür
Son günlər qızılın qiymətində ucuzlaşma müşahidə olunur.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində eniş davam edir. Belə ki, 2026-cı ilin iyun fyuçersləri üzrə bir troya unsiya qızılın dəyəri 0,2% azalaraq 4 620,40 ABŞ dolları təşkil edib.
İqtisadçı Natiq Cəfərli azxeber.com-a açıqlamasında deyib ki, qızılın ucuzlaşmasının yeganə səbəbi müharibədir:
"Qızılın ucuzlaşmasının yeganə səbəbi müharibədir. Qızıl ilk dəfədir ki, geosiyasi gərginlik zamanı özünü qəribə aparır. Həmişə müharibələr zamanı qızıl "təhlükəsiz liman" rolunu oynayırdı və investorlar qızıla daha çox yatırım edirdilər. İndi hər yerdə müharibələr gedir, amma qızılın qiymətində əksinə ucuzlaşma oldu".
Ekspert bildirib ki, müharibə dayanan kimi qiymətlər yenidən qalxacaq:
"Körfəz ölkələri, o cümlədən İran valyuta ehtiyaclarını ödəmək üçün qızıl ehtiyatlarını satırlar. Xüsusilə Körfəz ölkələri Hörmüz boğazındakı böhranla əlaqədar nefti daha az sata bildikləri üçün qızıllarını satmağa başlayıblar. Ona görə də böhranlar zamanı, xüsusən də İran ətrafında gedən müharibə fonunda qiymətlər bir qədər ucuzlaşdı. Müharibə dayanar-dayanmaz qiymətlər yenidən qalxacaq. Çox güman ki, Hörmüz boğazının açıldığı bir dövrə qədəm qoysaq, yaxın günlərdə qızılın qiymətində yenidən bir unsiya üçün 5.000 dollar görə bilərik".
Şahanə Ziyad

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək