Qızıl nə vaxt ucuzlaşacaq?
Yaxın Şərqdə davam edən gərginlik və ABŞ prezidenti Donald Trampın verdiyi ziddiyyətli mesajlar qlobal iqtisadiyyatda qeyri-müəyyənliyi artırmağa davam edir.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, yüksək inflyasiya və mərkəzi bankların faiz artımı ehtimalı qızılın investisiya cəlbediciliyini zəiflədir. ABŞ və İsrailin İrana hücumlarından sonra bölgədə gərginliyin azalmaq əvəzinə daha da artması bazarlarda nikbinliyi azaldıb.
Bu vəziyyət qızıl qiymətlərində son bir ayın ən aşağı həftə başlanğıcına səbəb olub.
Donald Tramp İranla bağlı planlaşdırılan yeni hücumun təxirə salındığını açıqlasa da, "tezliklə nə olacağını bilirlər" sözləri ilə gərginliyi artırıb. Bu açıqlamalar bazarlarda qeyri-müəyyənliyi daha da gücləndirib. Analitiklər bildirirlər ki, neft qiymətlərinin yüksəlməsi inflyasiyanı artırır və bu da mərkəzi bankların faiz endirimlərinə daha ehtiyatla yanaşmasına səbəb olur. Yüksək faiz mühiti isə faiz gəliri olmayan qızılın cəlbediciliyini azaldır. Güclənən dollar da qızıl qiymətlərinə təzyiq göstərir. "JPMorgan" investor tələbatındakı zəifləməni əsas gətirərək 2026-cı il üzrə orta qızıl qiyməti proqnozunu aşağı salıb. Digər beynəlxalq investisiya bankları da yaxın aylarda qızıl bazarında əsasən sabit və zəif hərəkətin davam edəcəyini proqnozlaşdırır. Bazarda ümumi gözlənti isə yay aylarında qızılın böyük sıçrayış etmədən sabit qalacağı, payız aylarından etibarən isə yenidən canlanmanın baş verə biləcəyidir.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?