Qızıl rekord həddə yaxınlaşır: Bahalaşma davam edəcək – Ekspertdən proqnoz

Qızıl rekord həddə yaxınlaşır: Bahalaşma davam edəcək – Ekspertdən proqnozQızılın dünya bazarındakı qiyməti son dörd gündə ardıcıl yüksələrək son yeddi həftənin ən yüksək səviyyəsinə çatıb. Ekspertlər bahalaşmanı qlobal iqtisadi gözləntilər və geosiyasi proseslərlə əlaqələndirirlər.
Bəs qiymət artımı yaxın dövrdə də davam edəcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, qızılın bahalaşmasının əsas səbəblərindən biri ABŞ ilə İran arasında Hörmüz boğazı ətrafında gərginliyin azalacağına dair gözləntilərin güclənməsidir.
Qızıl rekord həddə yaxınlaşır: Bahalaşma davam edəcək – Ekspertdən proqnozOnun sözlərinə görə, bu proses neft bazarına da birbaşa təsir göstərir:
"ABŞ ilə İran arasında Hörmüz boğazı ilə bağlı razılaşmanın əldə olunacağına və atəşkəsin bərpa ediləcəyinə dair gözləntilər neftin qiymətini aşağı salır. Neft ucuzlaşdıqca inflyasiya təzyiqlərinin zəifləyəcəyi ehtimalı artır. İnflyasiya gözləntilərinin azalması isə ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələri ilə bağlı daha yumşaq siyasət yürüdəcəyinə dair gözləntiləri gücləndirir. Bu da öz növbəsində investorların qızıla marağını artırır və qiymətlərin yüksəlməsinə şərait yaradır."
İqtisadçı qeyd edib ki, qızıl bazarındakı əsas tendensiyalar ABŞ-ın pul-kredit siyasəti və qlobal geosiyasi proseslərin təsiri altında formalaşır.
Onun fikrincə, inflyasiyanın zəifləməsi və FED-in faiz endirimləri ilə bağlı gözləntilər qüvvədə qaldığı müddətdə qızılın dünya bazarında yüksək qiymətini qoruyacağı və bahalaşma meylinin davam edəcəyi ehtimalı böyükdür.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 07 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Bu həftə bürcləri nələr gözləyir? - Sevgi, pul…

19–25 oktyabr tarixlərini əhatə edən yeni həftə bürclər üçün fərqli hadisələrlə yadda qala bilər. Astroloji yozumlara görə, bəzi bürcləri sevgi həyatında xoş sürprizlər, digərlərini isə iş və maliyyə sahəsində mühüm qərarla

Qarabağ' – 'Neftçi' oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

"Qarabağ" – "Neftçi" futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. . DİN-in Mətbuat Xidmətindən -un sorğusuna cavab olara

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər havanın temperaturu azerbaycan son xeber bugun cebheden xeberler