Qızılın bahalaşması ilə bağlı mühüm detal – TƏFƏRRÜATLAR

Qızılın bahalaşması ilə bağlı mühüm detal – TƏFƏRRÜATLARToy mövsümünün başlaması ilə Azərbaycanda qızıla olan tələbatın artacağı gözlənilir. Xüsusilə toy və nişan mərasimlərinin çoxaldığı dövrdə zinət əşyalarına marağın yüksəlməsi bazarda qiymətlərə də təsir göstərə bilər.
Bəs artan tələbat yaxın dövrdə qızılın qiymətini daha da bahalaşdıra bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, son bir həftə ərzində qızılın qiymətində artım müşahidə olunur.
Qızılın bahalaşması ilə bağlı mühüm detal – TƏFƏRRÜATLAREkspertin sözlərinə görə, təxminən bir həftə əvvəl 585 əyarlı (14 karat) qızılın bir qramı 162 manata təklif olunurdusa, hazırda qiymət 170-175 manat arasında dəyişir. 750 əyarlı (22 karat) qızılın qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, əvvəllər bir qramı təxminən 200 manat olan 22 karat qızıl hazırda 215-220 manatdan başlayır.
"Qızılın qiymətinin dəyişməsi təkcə Məhərrəmlik ayı ilə bağlı deyil. Burada əsas amillərdən biri dünya bazarında qızılın qiymətinin yüksəlməsidir", – deyə Günay Hüseynova bildirib.
Ekspert bazarda məhsul çeşidinin də alıcı tələbatına təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda bir sıra mağazaların vitrinlərində əsasən iri həcmli, "ərəb modeli" adlandırılan zinət əşyaları üstünlük təşkil edir. Lakin bu modellər Azərbaycan istehlakçısının marağına hər zaman uyğun gəlmir.
"Bir çox mağazaların sosial şəbəkə hesablarında da əsasən iri və həcmli ərəb modellərinin reklam çarxları yayımlanır. Bu modellər Azərbaycan istehlakçısının o qədər də maraq dairəsində deyil. Bundan əlavə, bir komplektin çəkisi əksər hallarda 30-40 qram arasında olur. Qramın çəkisi artdıqca qiymət də yüksəlir və belə məhsullar hər kəsin büdcəsinə uyğun gəlmir", – ekspert qeyd edib.
Günay Hüseynovanın sözlərinə görə, toy mövsümünün başlaması qızıla olan tələbatı müəyyən qədər artıra bilər. Lakin alıcıların seçimində əsas meyar yenə də qiymət və məhsulun çəkisidir. İstehlakçılar daha çox qramı və ümumi qiyməti büdcələrinə uyğun olan zinət əşyalarına üstünlük verirlər.
Ekspert qızıl alarkən istehlakçıların diqqətli olmasının vacibliyini də vurğulayıb. O, məhsul alınmazdan əvvəl onun tərəzidə çəkisinin yoxlanılmasını tövsiyə edib:
"Alıcılara tövsiyə edərdim ki, məhsulu almadan əvvəl mütləq tərəzidə ölçdürsünlər. Bəzən etiketdə göstərilən çəki ilə tərəzidə müəyyən edilən real çəki uyğun gəlmir."
Ekspert ikinci əl və yararsız qızılın bazardakı qiymətlərinə də diqqət çəkib. Onun sözlərinə görə, hazırda ikinci əl qızılın alış qiyməti təxminən 138 manat, satış qiyməti isə 140-144 manat civarındadır. Lom və yararsız qızılın alış qiyməti isə təxminən 133 manat təşkil edir.
Beləliklə, toy mövsümünün başlaması Azərbaycanda qızıla olan tələbatı artıra bilər. Lakin qiymətlərin formalaşmasında əsas amil yalnız daxili tələbat deyil. Dünya bazarında qızılın qiymətində baş verən dəyişikliklər də yerli bazara birbaşa təsir göstərir.
Bu səbəbdən yaxın dövrdə qızılın daha da bahalaşıb-bahalaşmayacağı həm qlobal bazardakı tendensiyalardan, həm də daxili tələbatın səviyyəsindən asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 14 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Bu barədə -a Konstitusiya Məhkəməsindən məlumat verilib. Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilini


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu