Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ

Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQQızdırma, baş ağrısı və əzələ ağrıları hər zaman mövsümi virus infeksiyasına işarə etmir. Bu qeyri-spesifik simptomlar bəzən ölümcül xəstəliklərin – Ebola qızdırması və hantavirus infeksiyasının ilkin əlamətləri ola bilər.
azxeber.com Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə "Canadian Medical Association Journal" (CMAJ) jurnalında dərc olunan silsilə məqalələrdə bildirilir.
Mütəxəssislər xüsusilə Şimali Amerikada geniş yayılmış hantavirusa diqqət çəkirlər: 
"Bu virus adətən yoluxmuş gəmiricilərlə təmas zamanı insana keçir. Ən çox narahatlıq yaradan Andes virusu (Andes virus) ştammıdır, çünki digər hantaviruslardan fərqli olaraq o, insandan insana da keçə bilir, o cümlədən hava-damcı yolu ilə yayılma ehtimalı da var.
Hantavirusa qarşı spesifik dərman və peyvənd hələ mövcud deyil. Müalicə yalnız ağır fəsadlarla, o cümlədən ürək-ağciyər sindromu və böyrək zədələnməsi ilə mübarizəyə yönəlmiş dəstəkləyici terapiyadan ibarətdir. Buna görə də erkən diaqnoz və yoluxanların ciddi izolasiya olunması həlledici əhəmiyyət daşıyır".
Bildirilir ki, Ebola qızdırması da eyni dərəcədə təhlükəlidir:
"Onun təbii rezervuarı meyvə yarasaları (uçan tülkülər) hesab olunur, yoluxma isə bioloji mayelər və çirklənmiş səthlər vasitəsilə baş verir. Həkimlər ən böyük irəliləyişi "Zaire" ştamına qarşı əldə ediblər: peyvənd və antiviral preparatların tətbiqi sayəsində ölüm göstəricisi təxminən 35%-ə qədər azaldılıb.
Lakin hazırkı Demokratik Konqo Respublikasındakı epidemiya "Bundibugyo" ştamından qaynaqlanır və bu ştama qarşı hələ rəsmi təsdiqlənmiş peyvənd yoxdur".
Mütəxəssislərin məlumatına görə, bu infeksiyada ölüm riski 50%-ə qədər çata bilər:
"İlkin simptomların qrip və digər geniş yayılmış virus infeksiyalarına bənzəməsi erkən diaqnozu çətinləşdirir".
Yoluxma mənbəyi ilə təmasdan şübhə olduqda və ya riskli bölgələrə səfər edildikdə həkimlər dərhal tibbi yardım almağı tövsiyə edirlər, çünki vaxtında aşkarlama sağ qalma şansını əhəmiyyətli dərəcədə
artırır.

Sosial       Tarix: 29 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq. Bu barədə -a Rəqəmsa

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler cəbhədən şad xəbər ən son xeberler hava proqnozu