Qubada 'Regional medianın inkişafı' mövzusunda tədbir keçirilib - FOTO
Bu gün Quba rayonunda Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Regional medianın inkişafı" mövzusunda tədbir keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdən əvvəl qonaqlar və Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Ulu Öndər Heydər Əliyevin adını daşıdığı parkda xalqımızın Ümummilli Liderinin abidəsini, "Media şəhidləri" parkını, Azərbaycan-Türkiyə Qardaşlıq parkını, Zərdabi qəsəbəsində Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabinin büstünü ziyarət ediblər.
Daha sonra "Quba Palace" otelində Quba RİH başçısının müavini Səidə Abasova, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü Mübariz Əsgərov, Mətbuat Şurasının İdarə Həyətinin üzvləri və regional media nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Eyni zamanda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova, Bakı Dövlət Universitetinin dosenti Vəfa İskəndərova və region gənclərinin iştirakı ilə "Media savadlılığı" mövzusunda təlim keçirilib.






Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var