Quraqlıq 205 filin ölümünə səbəb oldu
Quraqlıq nu ilin fevral-oktyabr ayları ərzində Keniyanın vəhşi təbiət qoruqlarında 205 filin ölümünə səbəb olub.
KONKRET.az DW-yə istinadən xəbər verir ki, bunu Keniyanın turizm naziri Peninah Malonza mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, son 9 ay ərzində 512 qnu (Afrika antilopunun bir növü), 381 zebra, 12 zürafə, 51 Afrika camışı da quraqlıqdan ölüb.
"Quraqlıq vəhşi təbiətin, əsasən də ot yeyən növlərin ölümünə səbəb olub. Ölümlər qida ehtiyatlarının tükənməsi və su çatışmazlığı səbəbindən baş verib", nazir deyib.
Qeyd edək ki, Şərqi Afrikanın böyük hissəsi son 40 ilin ən sərt quraqlığı ilə üzləşdiyi üçün vəhşi təbiət bundan ciddi zərər çəkib.
Rəsmilər Keniyanın şimalındakı Turkana bölgəsində 500 mindən çox insanın yağıntıların olmaması səbəbindən aclıqla üzləşdiyini bildirib.//APA
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır