Qurban Qurbanov: "Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq"
"Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq".
KONKRET.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln"la (Cəbəllüttariq) ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis 0:2 hesabı ilə qalib gəldikləri görüşü şərh edib:
"Futbolçularımı təbrik edirəm. Oynamaq üçün şərait o qədər də yaxşı deyildi. Matç süni örtükdə keçirilirdi. Uzun səfərə çıxdığımız üçün futbolçularda bir az yorğunluq hiss oluna bilərdi. Komandamızda yaxşı oyun intizamı gördüm. Belə meydançalarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdir. Topu istədiyimiz kimi ram edə bilmirdik. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar. Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Uitkoff Sankt-Peterburqa gəldi
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir