Qurban Qurbanov: "Çempionlar Liqasında səhvlər bağışlanmır"

Qurban Qurbanov: "Çox vacib və maraqlı matça hazırlaşırıq. Fərqli oyun göstərən komandaya qarşı çıxış edəcəyik. Bu görüşə hazırlaşmaq üçün xeyli vaxtımız oldu. Amma bilirik ki, rəqib də bu matça ciddi hazırlaşıb. Çempionat oyunlarında bəzi əsas futbolçulara istirahət verilməsi də bunu deməyə əsas verir".
KONKRET.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə "Sürix"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, matçın gedişində komandası hər hansı sürprizlə qarşılaşa bilər: "Meydanda hər şeyə hazır olmalı, yaxşı nəticə qazanmaq üçün həddindən artıq güc sərf etməliyik. Demək olar ki, buna hazırıq".
O, ötənilki kollektivlə indiki komandanı müqayisə edib: "Açığı, elə bir fərq yoxdur. Sadəcə, rəqiblər fərqlidir. Biz hər komandaya qarşı düzgün və diqqətli oynamağa çalışırıq. Sadəcə, bu dəfə ilk iki mərhələlərdə daha ciddi rəqiblərlə düşdük. Digər tərəfdən, ötən mövsüm Konfrans Liqasında mübarizə aparırdıq. İki turnir arasında səviyyə tam başqadır. Ona görə də ÇL-də daha çox məsuliyyət tələb olunur. Burada səhvlər bağışlanmır".Təcrübəli baş məşqçi heyətlə bağlı çox dəyişiklik etməyi xoşlamadığını vurğulayıb: "Güvəndiyim oyunçular var. İstənilən an hər bir futbolçunu düşünmədən əsas heyətdə oynada bilərəm. Həm də bəzi matçlar fərqli olur. Bəzən rotasiyalar edirsən. Sabah da xırda dəyişikliklər mümkündür".
Qurbanovun sözlərinə görə, bunlar elə matçlardır ki, gedişatda əlavə vaxta və ya penaltilər seriyasına hazır olmaq lazımdır: "Bir qədər əvvəl rəqib futbolçunun müsahibəsini oxudum. Deyib ki, bu görüş finala bərabərdir. Həqiqətən hər şeyə hazır olmalyıq. Oyunun gedişatına uyğun qərarlar verməyə çalışmalıyıq. Çünki "Sürix" də ciddi rəqibdir. Amma çox istərdik ki, matçın taleyi ilk hissədə həll olunsun".
Mütəxəssis ilk görüşdə olduğu kimi, cavab matçında da tərəflərin açıq oyuna üstünlük verə biləcəyini istisna etməyib: "Hər iki komandanın oyun üslubu bunu deməyə əsas verir. Biz buraya müdafiə olunmağa gəlməmişik. Rəqib də hücuma keçməlidir. Çox istərdik ki, azarkeşlər üçün da maraqlı qarşılaşma olsun. Rəqib çox məcbur etmədikcə müdafiədə oturmaq fikrimiz yoxdur. Qapalı oyun olacağını düşünmürəm".
Qeyd edək ki, iyulun 27-də oynanılacaq "Sürix" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə "köhlən atlar" 3:2 hesablı qələbə qazanıb.

İdman       Tarix: 27 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua


azerbaycan xeberleri son xeberler yeni xeberler maraqlı xəbərlər bugünki xəbərlər sonxabar xeber