Qurban Qurbanov dünyanı təəccübləndirməklə nəyi sübut elədi? - ƏTRAFLI - ÖZƏL

Qurban Qurbanov dünyanı təəccübləndirməklə nəyi sübut elədi? - ƏTRAFLI - ÖZƏLSurxay Atakişiyev
Dünən Bakıda dünyanın təəccübünə səbəb olan bir hadisə baş verdi. UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçirilən "Qarabağ"- "Olimpik" oyunun 34-cü dəqiqəsində cinah ötürməsindən sonra "Qarabağ"ın hücumçusu İbrahima Vadjinin vurduğu qolu baş hakim qeydə aldı. Lakin qonaqlar buna narazılıq etdilər. Daha sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Vadjini yanına çağırıb və ondan qolu qaydalar çərçivəsində vurub-vurmadığını soruşdu. Vadji isə topu əli ilə qapıdan keçirdiyini etiraf etdi. Qurban Qurbanov futbolçuya bunu görüşün baş hakiminə bildirməsini istədi. Seneqallı hücumçu baş məşqçisinin dediyi kimi etdi. Polşalı referi Bartoş Frankovski bundan sonra qolu ləğv etdi.
İlk baxışdan adi görünən bu hadisə dünyanın idman tarixində nadir hadisələrdəndir. Çünki, idmanda hər şey nəticəyə hesablanır. Qanedici nəticə üçünsə hər yola əl atılır. Bəzən şərəfsizliyə qədər gedilir. Necəki Konfrans Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"ın hücumçusunun oyunun ikinci dəqiqəsində "Bazel"in qapısına vurduğu təmiz və yüz faizlik qolu hakimlər qeydə almadı. O qol qeydə alınsaydı bəlkədə bu gün komandamız Konfrans Liqasının 1/8 oyunlarına hazırlaşırdı. Amma olmadı. Növbəti dəfə Avropanın köbəyində haqqımız yeyildi.
Dünən isə tamam başqa hadisələr cərəyan etdi. Məğlub durumda olan komandamız 34-cü dəqiqədə bərabərlik şansı qazandı. Qapıdan keçən qol qeydə alındı. Bəlkə də Qurban Qurbanov müdaxilə etməsəydi bu qol hesabına oyunun axarı dəyişə bilərdi. Bəlkədə komandamız bu oyunda böyük hesablı qələbə də qazana bilərdi. Lakin məşqçimizin feyr-pley jesti nəinki oyunun nəticəsini dəyişdi, eləcə də bütün dünyanın heyrətinə səbəb oldu. 50 yaşlı mütəxəssis bu qərarının hələ çox müzakirə olunacağını bildirib:
"Amma mən özüm bunu müzakirə etmək istəmirəm. Azarkeşlərin də məndən küsəcəyini düşünmürəm. Futbolçunu yanıma çağırdım və soruşdum ki, top əlinə dəydi, yoxsa özün əllə oynadın? O da özü əllə oynadığını bildirdi. Ədalətli qərar verməklə bağlı hansısa çətinliyim yoxdur. Öz üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıram. Ədalətli olmağa çalışdım. Heç kimin haqqına girmək istəmirik. Bizə qarşı ədalətsizliklərə cavab vermək ağlıma gəlmirdi. Keçmişdəki hadisələr oyun vaxtı yaddan çıxır".
Qurban Qurbanovun tipik azərbaycanlı hərəkətin təəccüb edənlərdən biri də rəqib komandanın baş məşqçisi Sampaoli oldu:""Bunu necə şərh edəcəyimi bilmirəm. Həyatımda belə şey görməmişdim. Qurban Qurbanov ləyaqətli hərəkət etdi. Buna şərh verə bilmirəm, sadəcə, onun yerində olmaq istərdim. Ona həsəd apardım. Belə şey mənim başıma gəlsəydi, hakimin qərarına təsir etməzdim və qolu qeyd edərdim". "Olimpik"in ulduz futbolçusu Mateo Qenduzi oyunsonrası mətbuat konfransında baş məşqçi Qurban Qurbanova təşəkkür edib.
Məşqçimizin qürurverici qısa zamanda dünyanın aparıcı idman nəşrlərinin də diqqət mərkəzinə düşüb. "The Sun", "Marca" və "RMC Sport" kimi nəşrlər isə Qurban Qurbanovun etdiyi feyr-pley jestindən yazıblar. "The Sun" bu hərəkəti heyrətamiz an kimi təsvir edib. "Marca" yazıb ki, turnirdə VAR olmasa da, Qurbanovun müdaxiləsindən sonra qolun qaydalar çərçivəsində vurulmadığı bildirilib. "RMC Sport" isə Qurbanovun bu dürüstlüyünü təmiz oyun adlandırıb.
Bəli, bu tarixdə nadir hadisədir. Vaxtilə Marodona da əllə qol vurmuşdu. Və qeydə alınan bu qol son nəticəyə təsir etmişdi.
"Sonunu fikirləşən qəhrəman olmaz" deyiblər. Qurban Qurbanov oyunun son nəticəsini fikirləşmədən belə bir qərar verdi. Ədalətin təntənəsinə nail oldu, çirkin oyunlara, şərəfsizliyə "yox" dedi. Halbuki, bir həftə əvvəl Marseldə baş tutan ilk qarşılaşmada yerli komanda ağdamlıları təbdən çıxarmaq üçün hər vasitəyə əl atdı. Oyun boyu stadionda erməni bayrağ "dalğalandı", ermənicən anti-Azərbaycan çağırışları edildi.
Ən azı buna görə Qurban Qurbanov susa bilərdi. Amma susmadı. Bir daha dünyaya nümayiş etdirdi ki, "nə heç kimin haqqında gözümüz var, nədəki heç kimin torpaqlarında". Çünki, azərbaycanlılar hər zaman haqqın yanında dayanıb. Necəki bu gün hamılıqla Ukraynanın yanında dayanmışıq. Halbuki, siyasi və strateji baxımdan Rusiyanın yanında durmalıyıq. Çünki, bizim Rusiyadan umacağımız daha çox şey var. Amma biz hər zamankı kimi maraqlarımızın deyil haqqın yanında dayanmışıq.
Əsl Azərbaycanlı kimi Qurban Qurbanov da karyera maraqlarının deyil, haqqın yanında dayandı. Çünki, burası Azərbaycandır. Aylar, illər keçəcək. Bu oyun da, onun nəticələri də unudulacaq. Lakin, Qurban Quranovun bu centlmenliyi tarixdə qalacaq, danışılacaq, nümunə göstəriləcək, təqdir olunacaq…

İdman       Tarix: 25 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

"Fənərbağça"nın 2 futbolçsusu "yoxa çıxdı": Telefonları açmır

Türkiyənin "Fənərbağça" klubunda müdafiəçi Diyeqo Karlosla bağlı gözlənilməz vəziyyət yaranıb. -ın milliaz-a istinadən məlumatına görə, 2025/26 mövsümündən əvvəl Topuk Yaylasında keçirilən hazırlıq düşərgəsinə qatılmal

"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Torpedo" (Kutaisi) ilə keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb. xəbər verir ki, o, mətbuat konfransınd

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da yüksəlib. milliaz-a istinadən xəbər verir ki, buna "Qarabağ" və "Zirə"nin avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarında qazandıqları qələbələ

UEFA-dan azərbaycanlı hakimlə bağlı təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında qeyd olunub. O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Jelezniçar"

Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudur

İspaniya millisinin ulduzu Fabian Ruiz dünya çempionu olduqdan sonra təsirli həyat hekayəsi ilə gündəmə gəlib. xəbər verir ki, o, qızıl medal sevincini anası ilə birlikdə qeyd edib. Çünki anası Fabianın futbolçu olmasınd

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

Argentina-İngiltərə matçında Lionel Messi ilə Cud Bellinqem arasında dialoq gerçəkləşib. Savaşmedia.az-a istinadla xəbər verir ki, iddialara görə, müxbir oyundan sonra C.Bellinqemdən Messiyə nə dediyini soruşub. "Önəml

İspaniya millisinin final hazırlığına hava əngəl oldu

Dünya çempionatının finalında Argentina ilə qarşılaşacaq İspaniya millisinin son məşqi əlverişsiz hava şəraiti səbəbindən ləğv olunub. "Reuters"ə istinadən xəbər verir ki, Nyu-Cersi ştatında baş verən güclü ildırı

İngiltərə 60 il sonra medal qazandı - Bu gün İspaniya - Argentina finalıdır

DÇ-2026-da üçüncü yer uğrunda oyun keçirilib. xəbər verir ki, bürünc medal uğrunda oyunda Fransa və İngiltərə milliləri üz-üzə gəlib. Qarşılaşma ABŞ-ın Mayami şəhərində yerləşən "Mayami Stadium"da oynanılıb. Gərgi

Fransa millisi Zidana tapşırıldı

Zinəddin Zidan Fransa yığmasının baş məşqçisi postuna təyin edilib. Tərəflər arasında artıq uzunmüddətli anlaşma rəsmiləşdirilib. -a istinadən xəbər verir ki, bu məlumatı tanınmış idman jurnalisti və insayder Fabrisio Roman


azerbaycan xeberleri son xeberler yeni xeberler iqtisadiyyat xeberleri bugun butun xeberler gunun xeberleri son xeberler bugun