Qurban Qurbanov: "Futbolçularıma Zəfər Günündəki qələbəyə görə təşəkkür edirəm"

Qurban Qurbanov: "Futbolçularıma Zəfər Günündə qələbə qazandıqlarına görə təşəkkür edirəm".
KONKRET.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Norveçin "Budyo-Qlimt" komandasına qarşı keçirdikləri oyundan sonra deyib.
Təcrübəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:
"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Uzun yol qət etmişdik. Meydanın suni ot örtüklü və havanın soyuq olması müəyyən çətinliklər yaradırdı. Əvvəlki oyunlarda məğlub olduğumuza görə, futbolçuların üzərində müəyyən təzyiqlər var idi. Matçdan əvvəl oyunçularla söhbətlər aparmışdıq. Bildirdik ki, biz bu qarşılaşmadan məğlub ayrıla bilərik. Amma səfərdə komanda ruhu olmadan qayıtmaq olmaz. "Budyo-Qlimt" çox yaxşı kollektivdir. Bəlkə də onlar bu gün məğlub olmağa layiq deyildilər. Onlara gələcək görüşlərində uğurlar arzu edirəm. Bu komandada məşqçi işi nəzərə çarpır. Futbolçularıma Zəfər Günündə qələbə qazandıqlarına görə təşəkkür edirəm. Yəqin ki, bütün Azərbaycan bizim oyunumuzu izləyirdi və komandamızdan qələbə gözləyirdi. Bütün azarkeşlərimizi, "Qarabağ" rəhbərliyini və bu klubu sevənləri təbrik edirəm".//Report

İdman       Tarix: 08 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Emin Mahmudov millidə karyerasını başa vurur

Azərbaycan yığma komandasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib. -a istinadla xəbər verir ki, təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdə

Abu-Dabidə qalmaqal: Usman Nurmaqomedov Merab Dvalişvilinin üzərinə hücum edib

Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedov Abu-Dabidə gürcüstanlı idmançı, UFC-nin keçmiş çempionu Merab Dvalişvili ilə insident yaşayıb. KONKRET.azxəbər verir ki, tərəflər arasında dava noyabrın 11-də otellərdən birinin foyesind

 "Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı 

"Neftçi" Misli Premyer Liqasının X turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 3:2 hesablı qələbəyə seviniblər. "Ağ-qaralar"ın heyətind

Yağışa görə bu oyun təxirə düşdü

Azərbaycan 2-ci liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan "Şirvan" – "Marafon" qarşılaşması təxirə salınıb. PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb matçın təyin olunduğu vaxtadə

"Qalatasaray"ın vitse-prezidenti istefa verdi

"Qalatasaray" klubunun vitse-prezidenti Metin Öztürk vəzifəsindən istefa verib. -a istinadla xəbər verir ki, klub rəsmisi bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib. Öztürk oktyabrın 27-də keçirilə

Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu

İsmail Kartalın komandadan ayrılmasından sonra yeni baş məşqçi axtarışına çıxan "Fənərbağça"nın seçimi yerli mütəxəssis olub. KONKRET.azxəbər verir ki, türkiyəli futbol şərhçisi Rıdvan Dilmenin "X" hesabınd

"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı 

Misli Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq. xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək. İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundak

Futbolçunu ölümü: bu oyunlar təxirə salındı

İspaniya Kral Futbol Federasiyası (RFEF) "Tenerife"nin futbolçusu Xesus de Migelin vəfatı ilə əlaqədar noyabrın bu günə planlaşdırılan ölkə kubokunun oyunlarını təxirə salıb. xəbər verir ki, bu barədə qurumun mətbua

Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki

Ozan Kabak Türkiyə millisinin düşərgəsindən ayrılıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müdafiəçi ötən gün Belçika ilə keçirilən oyunda (1:2) sarı vərəq


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun cəbhədən video son.xeber valyuta mezennesi 2026