Qurban Qurbanov: İstəməzdik ki, öz meydanımızda belə məğlub olaq

Qurban Qurbanov: İstəməzdik ki, öz meydanımızda belə məğlub olaqUEFA Avropa Liqasının liqa mərhələsində təmsilçimiz "Qarabağ" doğma meydanda İsveç təmsilçisi "Malmö"yə məğlub olub (1:2).
Matçdan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov oyun barədə fikirlərini bildirib.
Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Əfsuslar olsun ki, uduzduq. İstəməzdik ki, öz meydançamızda belə məğlub olaq. Düşünəcək, deyəcək söz yoxdur. Rəqibi təbrik etməliyik. Bəlkə də layiqli qələbə qazandılar. Epizodlarımız oldu. "Malmö"nün fərqli oyun tərzinə malik olduğunu demişdim. İkinci hissə erkən qol buraxdıq. Əksinə, ikinci hissəyə aqressiv başlamalıydıq. İlk dəqiqələrdə belə qol buraxmaq futbolçulara təsir etdi. Yaxşı komandayıq, daha yaxşı oynayıb, daha yaxşı nəticələr əldə edə bilərik. Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən aralaşıb. Ümid edirəm ki, qarşıdakı vaxtlarda daha yaxşı olacağıq".
– Çempionatdakı rəqabətsizliyə görə avrokuboklarda uduzursuz?
– Xeyr. İndi elə perioddayıq ki, bu haqda düşünmək olmaz. Xeyli sayda avrokubok oyunları keçirmişik. İnanmıram ki, liqada hazırkı durum nəticəmizə təsir edir. Sadəcə ola bilər ki, bir neçə oyunçumuzun zədəli olması oyun planımızda geriləməyə səbəb olub. Hər bir halda bugünkü gün üçün inanmıram bunun təsiri olsun.
– Üç əvəzetmə etdiniz, amma Yankoviçlə bağlı pauza verdiniz…
-Romao bir az özünü yaxşı hiss etmirdi. Ona görə pauza etdim. Sonda da məncə, düzgün addım atdıq. Özünü pis hiss edirdi.
– Bəs Bəhlul?
– İlk hissədən sonra ağrısı var idi. İkinci hissə hiss etdim ki, öz gücü ilə oynaya bilmir. Meydana da iynə vurub çıxmışdı.
– Sanki "Qarabağ" əvvəlki həvəsdə deyil, komandada nəsə baş verib ki, əvvəlki kimi oynaya bilmirlər? Futbolçular həvəsdən düşüb, yoxsa yorğunluq var?
– Həvəsdən düşdüklərini deməzdim. Ola bilər indi elə vaxtdır ki, öz oyun ritmlərindən uzaqlaşıblar. Bəlkə də psixoloji yorğunluq var. Bu komandada həvəssizlik heç vaxt düşünülməyib. Sadəcə əgər məğlub oluruqsa, demək ki, əvvəl daha istəkli olmuşuq. Bunu qəbul etməliyik. Bir az bəzi oyunçularda… Mən görürəm, bilirəm. Öz idman formalarından uzaqdırlar. Ölkə çempionatında görünməyə bilər. Amma Avropa oyunlarında bu hiss olunur. Biz daha yaxşı oynaya bilərik. Bəzi düşündüyüm xırda elementlər aradan qalxdıqda, belə olacaq. Bu oyun bir daha göstərdi ki, belə oyunlarda daha çox motivasiya, dinamika olmalıdır, güc sərf etməliyik. Bu matçda uduzsaq belə, bunun faydası olacaq.
– "Malmö" rəqiblər arasında zəiflərdən hesab olunurdu. Digər rəqiblərimiz daha güclüdür. Onlarla oyunda nə edəcəksiz?
– Heç kimə zəif gözü ilə baxmırıq. Hər biri Avropa komandalarıdır. Özümüzü də çox zəif saymırıq. Qarşıda fərqli nəticələr çox olacaq.
– Biz kifayət qədər çox qol epizodları yaradırıq. Ən çox nəyin üstündə işləməliyik ki, hücumlar məntiqi sonluqla bitsin?
– Fərdi yöndə çalışmaq lazımdır. Əgər belədirsə, problem olmaz. Bunu yaxşılaşdıra bilərik. Belə oyunlarda həyəcan olmamalıdır. Həyəcana görə epizod vurulmursa, problemlər ola bilər. Amma texniki səhvdirsə, yaxın zamanda yaxşılaşdırmaq olar.
– Buntiç və Koxalski etibarlı qapıçılar sayıla bilməz. Şahruddin yenə əsas qapıçı kimi görünür. Qapıçılarla bağlı düşüncəniz necədir?
– Düşünəcək heç nə qalmayıb. Fikirləşsək, qapıçılar hansı liqalardan gəlib? Hər ikisinin yetərincə bacarığı, keyfiyyəti var. Ola bilər ki, hələ tam adaptasiya ola bilməyiblər. Hər ikisinə inanıram, güvənirəm, böyük potensialları var. Şahruddinin də yaxın zamanlarda meydana dönməsi görünmür. Fərdi məşqlərə başlayıb. Kollektivlə başlamasına xeyli vaxt lazım olacaq. Məncə, hər ikisi güvəniləsi qapıçıdır. Çempionata tam uyğunlaşandan sonra çox faydalanacağıq. Bu gün atacaq başqa addımımız yoxdur.
– Qorxmursuz ki, mənfi psixoloji effekt sonrakı matçlarınıza da təsir edə bilər?
– Qorxacaq, çəkinəcək bir şey yoxdur. Neçə illərdir ki, bu işin içindəyik. Bir insan ilboyu sağlam ola bilməz. Komandalar da hansısa müddət öz formasından uzaqlaşır. Belə hallara çox soyuqqanlı yanaşmalıyıq. Qorxacaq şey yoxdur.
– "Dinamo" səddini keçə bilməmək komandaya psixoloji təsir etdi? Sanki komanda o oyunda qalıb…
– Təsir etdi. Bu günə kimi isə təsirdə qaldığımızı düşünmürəm. Xeyli müddətdir nəinki öz aramızda, azarkeşlər arasında, mediada belə fikirlər formalaşıb. Hamının gözü ÇL-in qrupunda idi. Bu normal haldır. Hamınız bunu daim istəməlisiz. Biz isə belə hallarda daha da soyuqqanlı, daha da möhkəm olmalıyıq və komandanın problemi varsa, onu yoluna qoymalıyıq.//Apasport.az / konkret.az

İdman       Tarix: 04 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Beşiktaş"ın rəqibləri bəlli oldu: İsrail klubu da var

Türkiyənin "Beşiktaş" komandasının UEFA Avropa Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub. KONKRET.azxəbər verir ki, "ağ-qaralar" Almaniyanın "Bayer 04", Fransanın "Marsel"

Dambrauskas da püşkatmaya getdi

"Sabah"ı UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimində təmsil edəcək şəxslər müəyyənləşib. Klubdan -a verilən məlumata görə, bu gün Monakoda keçiriləcək tədbirdə klubun prezidenti Maqsud Adıgözəlov

Dani Bolt "Qarabağ"dan getdi

"Qarabağ" braziliyalı müdafiəçi Dani Boltla yollarını ayırıb. KONKRET.azxəbər verir ki, Ağdam klubu futbolçu ilə müqaviləyə xitam verildiyini açıqlayıb. 2025-ci ilin yayında "Qarabağ"ın heyətinə qoşula

"Qarabağ"la həlledici matç öncəsi "Tvente"də ciddi itkilər

Bakıda "Qarabağ"ın qonağı olacaq Niderlandın "Tvente" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşünə ciddi itkilərlə gəlir. Niderland mətbuatına istinadən xəbər verir ki, komandanı

"Fənərbaxça"dan Taliska açıqlaması

"Fənərbaxça" Anderson Taliskanın gələcəyi ilə bağlı yayılan xəbərlərlə bağlı açıqlama verib. KONKRET.azxəbər verir ki, klub braziliyalı futbolçunun "Konyaspor"la matçın heyətinə daxil edilməməsinin xaric

Formula 1: yeni tribuna quraşdırıldı

Yubiley Formula 1 "Azərbaycan Qran Prisi" üçün yeni tribuna quraşdırılıb. xəbər verir ki, Formula 1 "Qatar Airways Azərbaycan Qran-Prisi" 2026-ya hazırlıq çərçivəsində yerli və xarici azarkeşlərin biletlər

III tura bu gün start verilir

Misli Premyer Liqasında II tura bu gün start veriləcək. xəbər verir ki, birinci oyun günündə iki matç keçiriləcək. İlk olaraq "Qəbələ" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək

"Qarabağ" daha 2 futbolçu alır – Razılıq əldə olundu

2026/27 mövsümündə UEFA Konfrans Liqasının Liqa mərhələsinə düşməyi və Azərbaycan çempionu olmağı hədəfləyən "Qarabağ" daha iki futbolçu almağa hazırlaşır. xəbər verir ki, bu haqda -a etibarlı mənbələrdən xəbə

Messi milli komandadakı karyerasını başa vurub

Argentina millisinin ulduz futbolçusu Lionel Messi milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb. xəbər verir ki, 39 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək bu qərarı verməyin onun üçün çox çətin olduğun


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler son xeberler bugun 2026 azerbaycan xeberler azerbaycan hava proqnozu