Qurban Qurbanov "Marsel" matçından DANIŞDI: "Sabah risk edəcəyik"

Qurban Qurbanov Sabah UEFA Konfrans Liqasının 1/16 final mərhələsində "Qarabağ" "Marsel"i qəbul edəcək.
KONKRET.az xəbər verir ki, oyundan əvvəl Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib:
– Fransadan gəlmiş qonaqları salamlayıram. Oyuna gəldikdə isə hiss olunur ki, böyük ajiotaj var. Bizim milli çempionatımız yaranandan heç zaman qış fasiləsindən sonra belə oyun olmayıb. Azarkeşlərin marağı hiss olunur. Bizə güvənən hər kəsə təşəkkür edirik. Rəqibə gəldikdə, öz oyun üslubu, öz dəsti-xətti var. Səfərdəki matçdan öncə rəqibi analiz etmişdik. Düşündüklərimizin demək olar, hamısını meydanda gördük. Həmin oyunda rəqibi daha yaxından tanıdıq. Bakıdakı matça üst səviyyədə hazırlaşmağa çalışmışıq. Rəqib son matçda uduzub və bu onu göstərir ki, bizi daha çox ciddiyə alacaqlar. Amma futbolçularımdan ən yaxşı oyunu göstərməyi tələb edəcəm və buna nail olacağımıza da inanıram.
– "Marsel"in gücü bəllidir. "Qarabağ"a sabah ən azı 2 top lazımdır. Qələbə üçün nə lazımdır?
– Çətin sual oldu. Ümumiyyətlə, son vaxtlar komandaya fərqli yanaşırıq. Daha böyük uğurlar əldə etmək istəyiriksə, daha çox yaradıcı futbol oynamalıyıq. Bunu indi çox tətbiq etməyə başlamışıq. Azərbaycan futbolu üçün belə addım atmağa başlamışam. Futbolçularda güvən yaranmasını istəyirəm. Xüsusən də yerli oyunçularda bunun olmasını arzulayıram. Çox yaxşı komandanın qarşısına çıxacağıq və risk edəcəyik. Diqqətli olmaq lazımdır. Azarkeşlərimizdəki inamı geri qaytarmalıyıq. Onlar futbolu sevir. Bizim də uğur üçün xarakterimiz, əzmkarlığımız olmalıdır. Sabah qarşımızda "Marsel" yox, başqa komanda da olsa, hücum edəcəyik.

İdman       Tarix: 23 fevral 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb. KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandas

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az azerbaycan son xeber bugun xəbər xəbərlər.com