Qurban Qurbanov şəhid övladları ilə - FOTO
Bu gün keçirilən "Qarabağ" – "Neftçi" qarşılaşması bir çox məqamlarla yadda qalıb.
KONKRET.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) təşəbbüsü ilə planlamalara əsasən, matç 44 günlük Vətən müharibəsinin şərəfinə 18:44-də start götürüb.
Topa rəmzi toxunuşu "Neftçi" azarkeşi, şəhid mayor Rüfət Əsgərovun oğlu Xansuvar Əsgərli edib. Oyunun 42-ci dəqiqəsində isə şəhid Xudayar Yusifzadənin Vətən müharibəsi zamanı oxuduğu "Xudayar təsnifi" stadionda səsləndirilib. Bu zaman arenada Xudayar Yusifzadənin anası və yaxınları, eləcə də "Qarabağ" azarkeşi, şəhid Məhəmmədəli İbrahimlinin atası və yaxınlarının olduğu bildirilib. Tamaşaçılar onları ayaqüstə alqışlayıblar. 44-cü dəqiqədə də ilk dəfə olaraq "Qarabağ" və "Neftçi" azarkeşləri birlik nümayiş etdiriblər. Tərəflərdən biri "Şəhidlər ölməz" səsləndirdiyi zaman digər tərəf "Vətən bölünməz" qışqırıb.
Ən maraqlı məqamlardan biri isə oyunun başlamasına az qalmış yaşanıb. Planlamaya əsasən, futbolçular və hakimlər meydana şəhid övladları ilə çıxıblar. Hazırlıq zamanı onların yanından keçən Qurban Qurbanov şəhid övladlarını salamlayıb və onlarla şəkil çəkdirib.

Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA