Qurban Qurbanovdan kövrələrək ayrıldığı futbolçusuna XÜSUSİ ZƏNG
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted"in (Tailand) Asiya Çempionlar Liqasındakı matçından sonra insident yaşanıb.
Çində "Çjetsyan" ilə qarşılaşmanın (3:2) ardından futbolçular arasında qarşıdurma olub.
R.Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib. Nəticədə o, qonaqların ən çox döyülən futbolçularından biri olub.
KONKRET.az xəbər verir ki, Sportinfo.az-ın məlumatına görə, millimizin üzvünə ilk dəstək verənlərdən biri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov olub.
Təcrübəli mütəxəssis hadisədən xəbərdaq olduğu ilk andaca sabiq yetirməsi ilə əlaqə saxlayıb.
O, R.Şeydayevə "Səninlə fəxr edirəm. Hər zaman gördüyümüz mərd Ramili gördük" deyərək dəstək göstərib.
Həm də bundan sonra daha səbrli olmağa çağırıb.
Legioner futbolçumuz isə özünü yaxşı hiss etdiyini bildirib və dəstəyi üçün Q.Qurbanova təşəkkür edib.
R.Şeydayev 2017/18 mövsümü və 2021-23 illəri aralığında Q.Qurbanovun rəhbərliyi altında "Qarabağ"da çıxış edib.
Q.Qurbanov bir neçə dəfə R.Şeydayevə olan xüsusi rəğbətini dilə gətirib.
O, hətta Ramilin sonuncu dəfə "Qarabağ"dan ayrılmasına kövrələrək reaksiya vermişdi.
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi