Qurban Qurbanovun qələbə formulunun kökündə nə dayanır?

Qurban Qurbanovun qələbə formulunun kökündə nə dayanır?"Qurban Qurbanov "Qarabağ"da çox sistemli oyun tərzi və taktika qurub. Bütün bu uğurlu nəticələr təmkinli gedişlərin və mərhələ-mərhələ əldə olunan təcrübələrin bəhrəsidir".
KONKRET.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadov deyib.
O bildirib ki, "Qarabağ" komandası oktyabrın 1-də Bakıda Çempionlar Liqasının əsas mərhələsinin II turunda Danimarkanın "Kopenhagen" klubunu 2-0 məğlub etməklə yanaşı çox gözəl oyun nümayiş etdirdi:
"Əvvəla, "Qarabağ"ı təbrik edirəm. Məni qələbədən daha çox oyun maraqlandırır. Çünki həmişə komandanın oyununu izləyirəm. Dünən "Qarabağ" qələbədən savayı, həm də çox gözəl oyun nümayiş etdirdi. Hesabda önə keçdikdən sonra, komanda çox əla müdafiə olunmağı bacardı. Əsas məsələ də budur. Hesabda irəli çıxan komanda müdafiəyə xüsusi diqqət etməlidir. Qurban Qurbanovun oyun sistemində əks-hücumlar çox yaxşı alınır. Biz ikinci qolu da məhz əks-hücumların birində vurduq. Ən böyük arzumuz odur ki, bu qələbələr davamlı olsun. Azərbaycanda komanda rəhbərləri yerli mütəxəssislərə etibar etməlidir. Təəssüf ki, azərbaycanlı baş məşqçilərə inam zəifdir. Qurban Qurbanov 10 ildən çoxdur ki, "Qarabağ"ın sükanı arxasındadır. "Qarabağ" rəhbərliyi çox sakit və təmkinli formada Qurban Qurbanova güvəndi və nəticəsini gördü. Ölkə miqyasında çempion olmaq çətin deyil, amma Avropada, Çempionlar Liqasında belə nailiyyətlər qazanmaq həqiqətən də təqdirəlayiqdir".
A.Mircavadov söyləyib ki, "Qarabağ" uğurlarında Qurban Qurbanovun müstəsna rolu var:
"Mən "Qarabağ"da işləmişəm və əvvəlki dövrləri yaxşı xatırlayıram. Biz Ağdamdan Bakıya gələndə məşqləri orada-burada edirdik. Şərait yox idi. Daha sonra yavaş-yavaş infrastruktur formalaşmağa başladı. İndi komandanın təlim-məşq bazası var. Mən deyərdim ki, bu baza Avropanın ən yaxşı bazalarından biri sayılır. "Qarabağ"ın bu yerlərə gəlib çıxmasında ilk növbədə Qurban Qurbanovun rolu danılmazdır. O, komandada bir ailə mühiti formalaşdırıb. "Qarabağ" hansısa ayrı-ayrı oyunçuların hesabına deyil, vahid sistemin hesabına uğurlu nəticələr əldə edir. Qurban Qurbanov öz sahəsində mütəmadi öyrənməyə meyilli adamdır. Daim öz üzərində işləyir və təkmilləşdirir. Komandanın yeni transferləri isə heyətə tez uyğunlaşıb. Qurban Qurbanov klubda çıxış edən hər bir futbolçuya inam aşılayıb. Bu oyunda da bariz formada görünür. Deyim ki, bu hər məşqçinin edə biləcəyi bir şey deyil. Düşünürəm ki, "Qarabağ" bundan sonra da Avropa turnirlərində adınalayıq çıxış etməyə davam edəcək".

İdman       Tarix: 02 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes