Qurbanov AFFA prezidenti ilə təkbətək görüşündən danışdı: "Pulu götürmədim"
"Belə bir informasiyanın çıxacağına inanmıram, çünki olmayıb. Müqavilə bağlanarkən də, pozularkən də orada hamı mənim tanıdıqlarım idi".
KONKRET.az xəbər verir ki, bu sözləri futbolinfo.az-a müsahibəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan milli komandasında işlədikdən sonra müqaviləsinin erkən pozulmasına görə AFFA-dan təzminat aldığına dair xəbərlərə münasibət bildirib:
"İlk növbədə prezident Rövnəq Abdullayev. Rövnəq müəllim və mən olan yerdə belə söhbət, ümumiyyətlə, ola bilməzdi. Abdullayevlə tanışlığımız hələ "Neftçi"dən başlayıb, bir yerdə işləmişik. İTV-dəki müsahibəmdə də demişəm, bəli, 6 illik danışılmışdı, rəsmi olaraq isə 3 illik müqavilə bağlanıldı. Bütün rəsmi müqavilələrdə bənd olur ki, əgər klub və ya federasiya tərəfindən əməkdaşlığa son qoyularsa, qalan dövrün təzminatı verilməlidir. Belə söhbətlərin yayılması xoş deyil, amma məndə də bu bənd var idi, işdən çıxarılacağım halda təzminatı almalıydım. Detallara girmək istəmirəm, amma işbirliyi başa çatanda mənə deyildi ki, təzminat da ödəniləcək.
Mən həmən cavab verdim ki, narahat olmayın, mən təzminat məbləğini götürməyəcəm. AFFA-nın ovaxtkı baş katibi Elxan Məmmədovla təkbətək söhbətimiz oldu, o mənə bu barədə dedi. Daha sonra İcraiyyə Komitəsinin ümumi iclasında Rövnəq müəllim də bildirdi ki, təzminatı alacaqsan. Hər iki söhbətdə bildirdim ki, təzminat üçün yox, Azərbaycan futboluna müəyyən fayda vermək üçün gəlmişdim. İşləmədiyim dövr üçün haqq etmədiyim pulu istəmərəm və götürmədim də.
O, federasiyanın, Azərbaycan futbolunun puludur, onu uşaq futboluna, stadionlara və s. xərcləmək daha məqsədəuyğundur. Bir il işləyib üç ilin pulunu almaq… Alsaydım, hansısa qanunu pozmazdım, müqavilədə göstərilmişdi, amma mən həmin məbləğdən imtina etdim".
Turlar.az [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto