Ramin Cəfərov: 'Baku TV ənənəvi yayım reytinqində proqnozları üstələyib
"Baku TV ənənəvi televiziya yayımına keçdikdən sonra qısa müddətdə tamaşaçı rəğbətini qazanmağı bacarıb".
azxeber.com xəbər verir ki, bu fikirləri "Real" TV-də yayımlanan "Media Masası" verilişində Baku TV-nin direktoru Ramin Cəfərov səsləndirib.
O bildirib ki, rəhbərlik etdiyi televiziya reytinqləri ölçən şirkətin ilkin proqnozlarını üstələyib.
"Doğrudur, yayımçıların baxış reytinqlərini ölçən şirkət bizə bildirmişdi ki, ənənəvi televiziya tamaşaçısının sizi tanıması üçün təxminən 2-3 il vaxt lazım olacaq. Biz bunu anlayırdıq və ilk dövrlərdə sonuncu yerlərdə olacağımıza hazır idik. Buna baxmayaraq, qısa müddət ərzində 16-17 kanal arasında 7, 8, 9 və 10-cu yerlərdə qərarlaşdıq. Hər halda ilk onluqda yer alırıq", - deyə Ramin Cəfərov bildirib.
Baş direktor, eyni zamanda, reytinqlərin ölçülməsi mexanizmi ilə bağlı bəzi suallarının olduğunu da qeyd edib.
"Bizdə müəyyən suallar var. Reytinqi ölçən şirkətin daxili qaydalarına əsasən neçə pipmetr (televiziya auditoriyasının izləmə vərdişlərini və reytinqləri ölçən cihaz - red.) üzrə qiymətləndirildiyimizi öyrənə bilmirik", - deyə o vurğulayıb.
Ramin Cəfərov əlavə edib ki, Baku TV həm ənənəvi televiziya yayımı, həm də rəqəmsal platformalar vasitəsilə hər bir tamaşaçıya çatmağa çalışır.
Xatırladaq ki, Baku TV Azərbaycan telekanalları arasında "YouTube" platformasında abunəçi və baxış göstəricilərinə görə lider mövqedədir.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub