Ramiz Mehdiyevlə bağlılığı olan şirkəti məhkəməyə verdilər

Ramiz Mehdiyevlə bağlılığı olan şirkəti məhkəməyə verdilərAzərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan "KASPİAN TELEKOM" MMC-yə qarşı məhkəmə iddiası qaldırılıb.
azxeber.com "yeniavaz.com"a istinadən xəbər verir ki, "KASPİAN TELEKOM" MMC-yə qarşı məhkəmə iddiası "Azərbaycan Professional Kinorejissorlar Gildiyası" İctimai Birliyi tərəfindən qaldırılıb.
Bu ilin mart ayından qaldırılan iddia üzrə daha əvvəl dörd dəfə iclas təyin olunsa da, baş tutmayıb. Növbəti məhkəmə iclasının 31.05.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə keçiriləcəyi bildirilir.
Məhkəmə iddiası əqli mülkiyyət hüquqi ilə əlaqədar mübahisələrə əsasən qaldırılıb.
Məlumat üçün bildirək ki, "KASPİAN TELEKOM" MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, bank sektoruna, fiber-optik texnologiya bazasında ən müxtəlif İKT xidmətləri göstərir. "KASPİAN TELEKOM" MMC eyni zamanda "Ailə TV" kabel televiziyası və "Ailə NET" internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir.
Şirkət tərəfindən açıqlanan məlumatda göstərilir ki, "KASPİAN TELEKOM" MMC Azərbaycan ərazisində fəaliyyət göstərən ən geniş miqyaslı fiber-optik infrastruktura malik olan və SWIFT xidmətini göstərən ən böyük şirkətdir.
28.07.2005-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 1020 manat təşkil edir. MMC-nin hüquqi ünvanı "İstiqlaliyyət küçəsi, ev 11, mənzil 17"də yerləşir.
Qeyd edək ki, "İstiqlaliyyət küçəsi, ev 11" ünvanı eyni zamanda Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kəmalə Əliyevanın və nəvəsi Fidan Əliyevanın qeydiyyatda olduğu ünvandır.
"KASPİAN TELEKOM" MMC-nin qanuni təmsilçisi isə Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.
Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Əliyev Fikrət Əlisəftər oğlunun vaxtı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən qısa müddət sonra Fikrət Əliyev AMEA İşlər idarəsinin müdir müavini təyin olunub.
Ramiz Mehdiyevə bağlı olduğu bildirilən "KASPİAN TELEKOM" MMC-ni məhkəməyə verən "Azərbaycan Professional Kinorejissorlar Gildiyası" İctimai Birliyi isə 17.05.1999-cu ildə 32 kinorejissorun təşəbbüsü ilə təsis edilib. Hazırda İctimai Birliyin İdarə heyətində Ramiz Rövşən, Siyavuş Kərim, Ramiz Həsənoğlu kimi Azərbaycanın tanınmış şəxsləri yer alır.

Sosial       Tarix: 18 may 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda benzin və dizellə bağlı yeni qayda

Yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizmi tətbiq olunacaq. xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, daxili istehsal və idxal olunan yanacaq məhsulların

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə

Bütün risklər gözə alındı: Hesab ödəmə vaxtıdır - Benzin, İranla müharibə, sonu görünməyən böhran

Donald Tramp böyük oynamağı sevir. Miqyaslı qərarlar, sərt bəyanatlar, kəskin danışıqlar və maksimum risklər… Lakin böyük siyasətin xoşagəlməz bir xüsusiyyəti var: bəzən geosiyasi ambisiyaların hesabını prezident yox, ad

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq. . xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatlarında deyib

Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə sökünt

Benzin qiyməti kəskin ucuzlaşdı

Türkiyədə benzinin bir litrinin satış qiymətində 5,90 lirəlik ucuzlaşma olub. yenisabah-a istinadən xəbər verir ki, ölkə daxilində qəbul edilən yeni qiymət tənzimlənməsindən sonra endirim gecə yarısından etibarən Türkiyədək

Hikmət Hacıyev Televiziya və Radio Günü ilə bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan Radiosunun 100 illik yubileyi və Televiziya və Radio Günü münasibətilə paylaşım edib. xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkə hesabınd

Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında

Qanunvericilikdə nəzərdə tutulan sosial təminatların həyata keçirilməsi zamanı bəzi hallarda problemlər yaranır. Valideyn himayəsindən məhrum olmuş, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil ala

Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Çinin ölkəmizdəki səfiri Lu Mey ilə birlikdə "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər. xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta məzənnələri bugünki xəbərlər cəbhədən ən son xəbər xeber.az bu gun