Rəcəbov: "FIDE bizi 7 günlük iş həftəsinə keçirir"
"Bir sıra ölkələrdə 4 günlük iş həftəsinə keçidin şahidi oluruq. FIDE-nin qaydalarına əsasən isə biz 7 günlük iş həftəsinə keçirik (gülür)".
KONKRET.az-ın məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda keçiriləcək Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında deyib.
36 yaşlı qrossmeyster bildirib ki, son vaxtlar Beynəlxalq Şahmat Federasiyasının qəbul etdiyi bir çox qərardan razı qalıb:"Burada yaxınlarım, tanışlarımla bir arada olmaq, yarışda isə daha çox irəliləmək mənə xoş olacaq. Ən çətini 1 ay eyni məkanda qalmaq olacaq. Doğma ölkəmdə bu qədər müddət qalmağı problem olaraq görmürəm. Məmnunedici faktlardan biri də azarkeşlərin sayının çox olmasıdır. Xüusilə azyaşlılar mənə yaxınlaşaraq şəkil çəkdirmək istəyirlər".
FIDE prezidenti Arkadi Dvorkoviç isə Teymurun 7 günlük iş həftəsi ilə bağlı zarafatına maraqlı cavab verib: "Şadam ki, şahmatçılar 7 günlük iş həftəsindən məmnundurlar".
Çıxışını davam etdirən Rəcəbov Dünya Kubokunun çox ağır turnir olduğunu söyləyib: "Burada kifayət qədər reytinqli şahmatçılar ilk raundlarda məğlub olublar. Kiçik səhv həlledici ola bilər. Yenidən bu titula yiyələnə bilərəmmi? İndidən bu barədə fikir bildirmək istəmirəm".
Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər "Bulvar Marriot" otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi