Rəqibə nəfəs almağa imkan vermədik - "Omoniya"nın baş məşqçisi
İlk 30 dəqiqədən sonra rəqibə nəfəs almağa imkan vermədik.
KONKRET.az xəbər verir ki, bunu "Omoniya"nın baş məşqçisi Valdas Dambrauskas Kiprdə "Zirə"yə qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis 6:0 hesabı ilə qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:
"Fantastik qələbə münasibəti ilə hər kəsi təbrik edirəm. Əla oyun göstərdik. Rəqibimiz yaxşı komanda idi. Onlar da pressinq edirdilər. Qələbəyə görə çox şadam. Gələn həftə pley-off mərhələsini uğurla başa vurmaq və ölkə çempionatının oyununa köklənmək istəyirik. Azarkeşlərimizin möhtəşəm dəstəyi bizə əlavə ruh verdi. Stadionda inanılmaz atmosfer var idi. Futbolçularım çox yaxşı iş bacardılar. İlk 30 dəqiqədən sonra rəqibə nəfəs almağa imkan vermədik. Onları cərimə meydançamızdan uzaqda saxladıq".
Qeyd edək ki, "Zirə" və "Omoniya" arasında cavab matçı avqustun 29-da "Liv Bona Dea Arena"da təşkil olunacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto