Rəqsanənin həbs edilmiş keçmiş kürəkəninin ifadəsi məlum oldu - YENİLƏNİB

Rəqsanənin həbs edilmiş keçmiş kürəkəninin ifadəsi məlum oldu - YENİLƏNİBRəqsanənin həbs edilmiş keçmiş kürəkəninin ifadəsi məlum oldu - YENİLƏNİB
Rəqsanə İsmayılovanın keçmiş kürəkəni Eşqin Cəlilov müğənninin qızı Aysun İsmayılovaya qarşı fiziki şiddət göstərdiyi üçün bu gün həbs olunub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 157-ci (adam döymə) maddəsi ilə yanaşı 510-cu (xırda xuliqanlıq) maddəsi ilə də təqsirləndirilib.
Dünən Nəsimi Rayon Məhkəməsində barəsindəki protokola baxılan Goranboy rayon sakini, 1993-cü il təvəllüdlü Eşqin Cəlilov hadisənin təfərrüatı ilə bağlı danışıb. O, ifadəsində gözəllik salonuna Aysunla barışmaq üçün getdiyini deyib:
"Bir il əvvəl Aysunla ailə həyatı qurmuşdum. Lakin 2023-cü ilin may ayının əvvəllərində Aysun Cəlilovadan boşandım. 27 aprel 2023-cü il tarixdə Aysunla birgə icarə əsasında işlətdiyimiz Nəsimi rayonu ərazisində yerləşən gözəllik salonuna getmişdim. Orada olarkən Aysun Cəlilova ilə ünsiyyət yaratdım. Lakin həmin vaxt Aysun mənə qarşı nalayiq ifadələr işlətdi və həmin ifadələrdən hiddətləndiyimə görə özümə məxsus olan otaqda Aysunla birgə çəkilmiş fotomuzu vurub sındırdım. Lakin həmin vaxt işçilərin ünvanına hər hansı nalayiq ifadə işlətməmişəm. Daha sonra ortaq istifadə etdiyimiz notbuku içərisində mənə məxsus olan şəxsi məlumatları köçürmək məqsədilə götürərək obyekti tərk etdim. Özümə məxsus olan məlumatları götürdükdən sonra həmin notbuku vəkilim vasitəsilə geri qaytardım.
Daha sonra Aysun Cəlilova ilə münasibətləri aydınlaşdırmaq və yenidən barışıq əldə etmək üçün onunla əlaqə yaratmağa çalışsam da, səylərim nəticəsiz qaldı. Sonra polis əməkdaşları tərəfindən polis bölməsinə izahatımın alınması məqsədilə dəvət olundum. Mayın 24-də saat təxminən 16 radələrində polis bölməsinə getdim və orada izahatım alınaraq barəmdə protokol tərtib olundu. Halbuki tərəfimdən hər hansı nalayiq ifadə işlədilməyib, Aysun Cəlilovaya hər hansı xəsarət yetirilməyib. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edirəm".
Zərərçəkmiş şəxs qismində izahat verən Aysun Cəlilova isə boşandıqdan sonra Eşqinin mübahisələr yaratdığını bildirib. O, Eşqinin ilk dəfə 27 apreldə adıçəkilən salona gələrək digər şəxsləri təhqir etdiyini, nəticədə müştərilərin obyekti tərk etdiyini bildirib:
"Növbəti dəfə isə 7 may 2023-cü il tarixdə Eşqin yenidən gözəllik salonuna gəldi, orada yenə təhqirlər səsləndirərək qolumdan tutaraq itələməyə başladı və xəsarət yetirdi. Bununla kifayətlənməyərək masaüstü notbuku da götürərək obyekti tərk etdi".
Ekspertizanın 24 may tarixli rəyində Aysunun sağ əlində xəsarətin olması və bu xəsarətin mayın 7-də əmələ gələ bilməsi qeyd edilib.
Məhkəmənin qərarı ilə Eşqin Cəlilova 30 sutka müddətinə inzibati həbs cəzası verilib.
11:44
Rəqsanə İsmayılovanın keçmiş kürəkəni Eşqin Cəlilov müğənninin qızı Aysun İsmayılovaya qarşı fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olunub.
"Qafqazinfo" xəbər verir ki, Eşqin Cəlilov dünən Aysun İsmayılovanın sahibi olduğu gözəllik salonuna gedərək keçmiş xanımını orada döyüb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Cəlilov 30 sutka inzibati qaydada həbs edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl müğənni R.İsmayılova sosial şəbəkə hesabında canlı yayımda qızı Aysunun Eşqin tərəfindən döyülüb-söyüldüyünü bildirmişdi.
11:12
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs olunub.
Olay.az xəbər verir ki, E.Cəlilov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Aysunla Eşqin ötən ilin avqustunda ailə qurub. Onlar bir müddət əvvəl 8 aylıq evliliklərini sonlandırdıqlarını açıqlayıblar. / oxu.az

Şou Biznes       Tarix: 25 may 2023
f Paylaş

Oxşar xəbərlər

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Asya Əlizadənin 5 il həbsi istənilir

Azərbaycanlı reper Asya Əlizadə, türkiyəli reper Lvbel C5 və bəstəkar Can Akdoğan barəsində 5 ilədək həbs cəzası tələb olunub. Üç nəfər haqqında hazırlanan ittiham aktı məhkəmə tərəfindən qəbul edilib. Axşam.az-a istinadə

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

Orhan Gencebaydan miras açıqlaması: "Ailəm üçün canımı verərəm

Türkiyəli ustad sənətçi Orhan Gencebay Kadir İnanırın mirasını həyat yoldaşı Jülide Kural-a vəsiyyət etməsi ətrafında yaranan müzakirələrə münasibət bildirib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sabah"

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

Qarabağa köçən məşhurlar - SİYAHI

İşğaldan azad olunan Qarabağda həyat yenidən canlanır. Uzun illər doğma yurdlarından uzaqda yaşayan insanlar Böyük Qayıdış çərçivəsində ata-baba torpaqlarına qovuşurlar. Onların arasında tanınmış şəxslər də var. Qarabağ

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Asla

Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm

Türkiyəli məşhur müğənni Serdar Ortaçın ölkənin ən yaxşı kişi pop ifaçıları ilə bağlı açıqlaması gündəm olub. Müğənni ən yaxşı pop ifaçıları siyahısında Tarkandan sonra ikinci yerdə olduğunu eşidəndə bununla razılaşmayıb


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabarlar cəbhədən son durum bugünki xəbərlər en son xeberler