Rəsmi Bakı Ermənistana görə Hindistanı "mat qoyacaq"

Rəsmi Bakı Ermənistana görə Hindistanı Son illər Ermənistanla Hindistan arasında münasibətlər olduqca istiləşib. Azərbaycanla Pakistan arasında müttəfiqlik əlaqələri fonunda Hindistanın aktivliyini başa düşmək elə də çətin deyil. Amma beynəlxalq münasibətlər sistemində mürəkkəb tendensiyalar formalaşıb ki, politoloqlar belə vəziyyətlərdə dəqiq proqnozlar verməkdə çətinlik çəkir, bəzi suallara cavab tapa bilmirlər.
Məsələn, Rusiya-Çin, Rusiya-Hindistan, Hindistan-ABŞ münasibətlərində qarşılıqlı maraqlar o qədər dolaşığa düşüb ki, ekspertlər bunu mürəkkəb riyazi hesablamalara bənzədir.
Konkret olaraq Rusiya-Hindistan əlaqələrinə diqqət yetirək: Siyasi şərhçilər bu münasibətləri analiz etməkdə elə də həvəsli görünmürlər. Çünki praktiki olaraq bu mövzuda işıqlandırılmayan bir neçə qaranlıq məsələ var.
Birinci. Hindistan və Çin arasındakı münasibətlər ürəkaçan deyil. Ölkələr nəinki diametral şəkildə ziddiyyət təşkil edən geostrateji məqsədlərə malikdirlər, həm də hər iki ölkə son vaxtlar sərhəd mübahisələrində qarşıdurma vəziyyətində görünür. Rusiya və Çinin elan edilmiş işbirliyini nəzərə alsaq, Rusiya ilə Hindistan arasındakı münasibətlər tərəfləri qarşılıqlı faydalı ticarət və siyasi üstünlüklər arasında balanslaşdırma səviyyəsinə gətirməyə bilməz.
İkinci. Hindistan ABŞ və Sakit okean regionundakı müttəfiqləri ilə əməkdaşlığın yeni səviyyəsinə çatır. Bu ölkə demək olar ki, alyansa üzv olmaq mərhələsindədir. Görünən isə odur ki, ABŞ-ın Rusiya ilə iqtisadi əməkdaşlıqla bağlı Hindistana xüsusi iddiası yoxdur. Və bu əməkdaşlıqla bağlı rəsmi Dehliyə heç bir təzyiq göstərilmir.
Üçüncü. Keçən ilin noyabrında Hindistan beynəlxalq ödənişlərdə rupinin istifadəsinə icazə verdi. Bu isə ona imkan verir ki, ölkə Rusiya ilə ticarəti ikiqat artıracaq. "Reuters" agentliyinin məlumatına görə, 2022-ci ilin yanvar-avqust aylarında Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 130% artaraq 17 milyard dollara çatıb. Ayrıca, 2021-ci ildə bu rəqəm 3,1 milyard dollar olub. Eyni zamanda başa düşmək lazımdır ki, artım Rusiya karbohidrogenlərinin Hindistana tədarükü hesabına baş verib. Hindistan buna cavab olaraq Rusiyaya yüksək texnologiyalı ixrac məhsulları, o cümlədən avtomobillər və təyyarələr üçün ehtiyat hissələri tədarük edib.
Digər ölkələrin iqtisadiyyatlarının əhəmiyyətli çətinliklər yaşadığı bir vaxtda Hindistan yüksəlişdədir. Eyni zamanda Hindistanın Çindən fərqli olaraq Qərblə heç bir problemi yoxdur. Qərb isə ənənəvi rus karbohidrogenləri müqabilində Rusiyaya yüksək emal olunmuş məhsulların tədarükünü məhdudlaşdırmağa çalışmır.
Bütün bu analizlərin fonunda Ermənistan-Hindistan münasibətləri daha aydın görünür. Bu barədə geniş təhlilə ehtiyac yaransa da, hadisələrin gedişi onu göstərir ki, Paşinyan hökuməti Hindistanla bütün sahələrdə əməşdaşlığa "ölüm-qalım" prizmasından yanaşır. Nikola görə, Hindistan ermənilərə həm ABŞ-dan, həm də Rusiyadan daha yaxındır. Həmçinin bu ölkənin hərbi və iqtisadi potensialı İrəvan üçün daha məqbuldur. İstər Rusiya, istərsə də Qərb ilə dil tapmaqda Ermənistana "Hind dili" kömək edəcək.
Yəqin Vovayeviç unutmur ki, rəsmi Bakı Azərbaycan-Rusiya, Azərbaycan-Çin, Azərbaycan-Pakistan münasibətlərində daha güclü bənddir. Çünki ölkəmizin strateji müttəfiqi Türkiyə həm Rusiya ilə, həm də Çin, Pakistan, Qərb və digər itisadi potensialı olan ölkələrlə zəncir effekti yaradan münasibətlər sistemini yaradıb. Ona görə də regionda əsas rol Azərbaycana məxsusdur. Zəngəzur dəhlizinin açılması ilə Ermənistan-Hindistanın təklif etdiyi iqtisadi marşrutlar az əhəmiyyətə malik olacaq. Rəsmi Dehlinin erməniləri silahlandırması da bir işə yaramayacaq. Ruslar bunun acısını yaşadılar. İllərlə pulsuz silah verməsinə baxmayaraq, Kreml Qarabağda Ermənistanın mövcudluğunu saxlaya bilmədi. Rusiya artıq bunu dərk etdiyindən ənənəsinə uyğun olaraq yeni iyrənc oyunlara əl atıb. Paşinyan isə Hindistanı əmin etməyə çalışır ki, Rusiya ilə yanaşı Qərbdən canını qurtarmaq üçün "hind havası"na oynaya bilər və bu, həm də Azərbaycanı tam qıcıqlandırmaqla, Xankəndidə suveren hüquqlarını bərpa etməyə əngəl yaradacaq. Nikol isə erməni cəmiyyətinə bunu özünün diplomatik uğuru kimi qələmə verəcək. Amma Paşinyan və onun siyasi məsləkdaşları bir məqamı yenə də unudublar: Əlahəzrət ZAMAN. İlham Əliyevin strateq kimi həyata keçirdiyi Zəngəzur dəhlizi planı 2023-cü ildə tam reallaşacaq. Və beləliklə, Ermənistan öz müttəfiqi Hindistanla başqa mahnıya qulaq asacaq: Qaraçıların mahnısı daha əyləncəlidir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 09 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes valyuta mezennesi banklar son xeber.az kriminal xeberler