Restoran sahibləri cərimə edildi - DİN-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigyena qaydalarına riayət edilməsi ilə bağlı tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, iyulun 5-də keçirilən növbəti belə tədbirlər zamanı Qaradağ rayonu Salyan şossesində yerləşən restoranların birində dənizə çirkab suların axıdılması, Sumqayıt şəhərində isə dəniz sahilində yerləşən istirahət mərkəzlərinin birində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacasına təmizləyici qurğuların quraşdırılmaması faktları aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) tələblərini pozduğuna görə həmin restoranın vəzifəli şəxsi Əlihəsən Həsənov və 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsinin tələblərini pozduğuna görə istirahət mərkəzinin vəzifəli şəxsi Şəhriyar Məmmədov barəsində inzibati xəta haqqında protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var