Ronaldo İspaniya nəhəngini satın alır
Karyerasını "Əl-Nəsr"də davam etdirən portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo İspaniyanın "Valensiya" klubunu satın almağa hazırlaşır.
KONKRET.az xəbər verir ki, məlumatı "Foot Mercato" nəşri yayıb.
İddiaya görə, Ronaldo ilə "Valensiya"nın sahibi Piter Lim arasında məsələ ilə bağlı danışıqlar aparılıb.
Bildirilib ki, razılıq əldə olunsa portuqaliyalı futbolçu klubun əsas səhmdarı ola bilər.
Ronaldo və "Valensiya" klubunun sahibi Piter Lim bir neçə ortaq şirkətə malikdirlər. Eyni zamanda, Piter Lim portuqaliyalı futbolçunun imic hüquqlarının sahibidir və onların yaxın dostluq münasibətləri var.
Piter Lim mövsümün sonunda klubdakı bütün paylarını satmaq niyyətindədir. Ronaldo isə "Valensiya" klubunu almağa şəxsi maraq göstərir.
Karyerasını bitirdikdən sonra İspaniyada yaşamaq istəyən portuqaliyalı ulduz futbolçu bu böyük əməliyyatı həyata keçirmək üçün Səudiyyə Ərəbistanı kral ailəsinə bağlı investisiya fondlarından maliyyə dəstəyi alacaq.
1919-cu ildə qurulan "Valensiya" klubunun aktivində 6 La Liqa çempionluğu, 1 UEFA Kuboku, 1 UEFA Kuboklar Kuboku və 2 UEFA Super Kuboku mövcuddur.
2023-cü ilin yanvarında "Əl-Nəsr" ilə müqavilə imzalayan Ronaldo Səudiyyə Ərəbistanı klubundan ildə 200 milyon avro məvacib alır. 40 yaşlı ulduz futbolçu bu mövsüm "Əl-Nəsr" forması ilə meydana çıxdığı 30 oyunda 25 qol və 4 assistlə yadda qalıb.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq