Ronaldo qollarının sayına görə dünya rekordunu təzələdi
"Mançester Yunayted" komandasının hücumçusu Kriştianu Ronaldo avstriyalı və keçmiş çexoslovakiyalı futbolçu Yozef Bitsanın vurduğu qolların dünya rekordunu qırıb.
KONKRET.az xəbər verir ki, Ronaldo İngiltərə Premyer Liqasının XXIX turunun "Tottenhem"lə qarşılaşmasında üç qol (3:2) vurub. Beləliklə, portuqaliyalı hücumçu karyerasında 807-ci qolunu vurub. Bitsan isə 805 qol vurmağa müvəffəq olub.
Çexiya Futbol Federasiyası Bitsanın karyerasında 821 qol vurduğunu iddia edir.
"Mançester Yunayted" 29 oyundan sonra 50 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yerdədir.
Ronaldo "Mançester Yunayted"ə 2021-ci ilin yayında qayıdıb. Bundan əvvəl portuqaliyalı hücumçu "Yuventus" və "Real Madrid"də çıxış edib. O, bu mövsüm İngiltərə Premyer Liqasında 24 oyuna çıxıb, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.
Ronaldo Çempionlar Liqasında futbolçu altı oyunda altı qol vurub.
2020-ci il Avropa çempionatında Ronaldo dörd oyun keçirib, beş qol vurub və bir məhsuldar ötürmə edib.
Ronaldunun "Mançester Yunayted"lə müqaviləsi 2022/2023 mövsümünün sonuna qədər, bir mövsümlük uzadılma ehtimalı ilə başa çatır.
Xidmetler [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu