Ronaldo Səudiyyəni Afrika ilə səhv saldı
Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ilə 2 illik müqavilə imzalayan Kriştianu Ronaldo keçirdiyi ilk mətbuat konfransında səhvə yol verib.
KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, məşhur portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanını Cənubi Afrika ilə səhv salıb.
"Cənubi Afrikaya gəlməyim karyeramın sonu deyil", – deyə o bildirib.
Ronaldo səhvən bu ifadəni işlətsə də, o, Cənubi Afrika Respublikasında gündəm olub. Cənubi Afrika Turizm İdarəsi öz "Twitter" hesabında bildirib ki, Ronaldonun 2010-cu il Dünya Çempionatı üçün sahilyanı Durban şəhərində tikilmiş Moses Mabhida Stadionunda oynayacağına ümid edirlər.
"Avropada işim bitdi. Hər şeyi qazandım. Mən Avropanın ən vacib klublarında oynamışam və indi bu, mənim üçün yeni çağırışdır", – deyə Ronaldo mətbuat konfransında qeyd edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA
"Qızıl buts"u o qazandı
Messidən finaldakı məğlubiyyətə ilk reaksiya
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır
Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
ABŞ İranın sənaye müəssisəsinə zərbə endirib
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?
Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər
Bu günün valyuta məzənnələri açıqlandı