Ronaldonun reklam paylaşımının qiyməti məlum oldu
Futbol üzrə Portuqaliya milli komandasının və Səudiyyə Ərəbistanının Əl-Nəsr klubunun hücumçusu Kriştiano Ronaldo "Instagram"da ən çox pul qazanan bloqer olub.
KONKRET.azxəbər verir ki, Britaniyanın "The Sun" qəzetindəki mənbənin məlumatına görə, Ronaldonun səhifəsində bir reklam yazısı iki milyon avrodan çox qiymətə başa gəlir. Belə ki, 38 yaşlı portuqaliyalı öz səhifəsində reklam nəşri yerləşdirdiyinə görə təxminən 1,7 milyon avro alan amerikalı model Kayli Cenneri qabaqlayıb.
Üçüncü yeri argentinalı Lionel Messi tutur. Dünya çempionu bir reklam postu üçün 1,6 milyon avro istəyir.
Qeyd olunur ki, Ronaldo sosial şəbəkələrdə idman, sağlamlıq və kriptovalyuta brendlərini tanıtmaqla pul qazanır. Portuqaliyalı ulduz həm də 597 milyonla dünyada ən çox izləyiciyə sahibdir.
Ronaldo 2023-cü ildən Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunda çıxış edir. Hücumçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Səudiyyə Ərəbistanı çempionatı çərçivəsində portuqaliyalı 16 matçda iştirak edib, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi