Runi Azərbaycan millisinin baş məşqçisi olacaq? - AFFA-dan açıqlama
Son günlər sosial mediada İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runinin Azərbaycan yığmasının baş məşqçisi olacağı ilə bağlı məlumatlar paylaşılır.
KONKRET.az xəbər verir ki, 37 yaşlı mütəxəssisin millmizin baş məşqçi postunda Canni de Byazini əvəzləyəcəyi bildirilir.
Məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Elnur Məmmədli ilə əlaqə saxladıq. Qurumun sözçüsü Offsideplus.az-a açıqlamasında bu məlumatın həqiqətə uyğun olmadığını söylədi:
"Milli komandanın baş məşqçisi var. O, qarşıdakı oyunlara hazırlaşır. Bu məlumat həqiqətə uyğun deyil".
Bildirək ki, De Byazinin Azərbaycan millisi ilə bu ilin 30 noyabrınadək müqaviləsi var.
Əlavə edək ki, Ueyn Runi hazırda ABŞ-nin "Di Si Yunayted" klubunu çalışdırır.
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi