Rusiya, Azərbaycan və İran arasında üçtərəfli görüş keçiriləcək
Rusiya, Azərbaycan və İran arasında yanvarın 28-də nəqliyyat sahəsi üzrə üçtərəfli görüş keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Rusiyanın nəqliyyat naziri Roman Starovoyt arasında baş tutan danışıqlarda məlumat verilib.
"Videobağlantı şəklində keçirilən görüşdə tərəflər birgə əməkdaşlığa dair anlaşma memorandumunun hazırlanması və 2025-ci il üçün yol xəritəsinin hazırlanması, Rəşt-Astara dəmir yolunun tikintisi, yanvarın 28-də İran-Rusiya-Azərbaycan üçtərəfli görüşünün keçirilməsi, o cümlədən Xəzər dənizinin şərq hissəsinin buraxılış gücündən maksimum istifadə edilməsi kimi bir sıra məsələləri müzakirə ediblər", – agentlik qeyd edib
İranlı nazir Əmirabad və Xəzər limanlarının dəmir yolu şəbəkəsinə qoşulmasını və Şimal-Cənub dəhlizinin kommersiyalaşdırılması üçün tədbirlərin görülməsini nəzərə alaraq Xəzər dənizindən maksimum istifadənin zəruriliyini vurğulayıb. /APA

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu